AZƏRBAYCANIN VƏ ERMƏNİSTANIN DÜNYADA, AVROPADA ÖNƏMİ EYNİ DEYİLDİR
Hazırda bizim iqtisadiyyatımız Ermənistanın iqtisadiyyatından 6 dəfə böyükdür, gələcək illərdə 10 dəfə böyük olacaqdır. Ümumi büdcəmiz Ermənistanın büdcəsindən 7 dəfə çoxdur, hərbi büdcəmiz isə Ermənistanın ümumi büdcəsinə bərabərdir. Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu getdikcə genişlənir. Biz hərbi, siyasi mövqelərimizin gücləndirilməsi üçün bunlardan səmərəli istifadə edirik və edəcəyik. Bütün bu parametrlərə görə Azərbaycan Ermənistanla müqayisəolunmazdır.
Azərbaycan dövlətinin başçısı xüsusi vurğulamışdır ki, hazırda danışıqlarda bizim təkliflərimizdə Dağlıq Qarabağa muxtariyyət statusu verilməsi əksini tapa bilər, ancaq gələcəkdə heç bu da baş tutmaya bilər. Ermənistan rəhbərliyini konstruktiv mövqe tutmağa çağırıram.
Prezident İlham Əliyev demişdir ki, parlament seçkilərini bəhanə gətirmək lazım deyil və özlərini çətin vəziyyətdə qoymasınlar. Ermənilər Dağlıq Qarabağda qanunsuz referendum keçirməklə özlərini pis vəziyyətə salıblar. Bütün beynəlxalq təşkilatlar – ATƏT, Avropa İttifaqı, Avropa Şurası və ABŞ, Fransa, Rusiya və digər dövlətlər bu qanunsuz referendumla bağlı öz mövqelərini bildirdi və Ermənistanı qınadı.
Dövlət başçısı bildirmişdir ki, Azərbaycanın məqsədyönlü siyasəti öz bəhrəsini verir, hərbi potensialı, siyasi mövqeyi güclənir. Azərbaycanla artıq hesablaşır, məsləhətləşirlər və biz məsələni ədalətli yolla həll edəcəyik.