SİYASƏT
Azərbaycanın xarici işlər naziri İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Tehranda keçiriləcək 21-ci iclasında iştirak edəcəkdir
Bakı, 25 noyabr (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İranda keçiriləcək növbəti 21-ci iclasında iştirak etmək üçün bu ölkəyə səfər edəcəkdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda gündəliyə uyğun olaraq bir sıra məsələlərin, o cümlədən təşkilat çərçivəsində ölkələr arasında əməkdaşlıq və qurumun inkişafı məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Builki iclasda İƏT Nazirlər Şurasına sədrlik Azərbaycandan İrana keçəcəkdir.