SİYASƏT
AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ VİLAYƏT QULİYEV TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏR İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan Respublikasının Baş naziri İlham Əliyevin salamlarını dost və qardaş ölkənin Prezidentinə çatdıran Vilayət Quliyev rəsmi səfəri və keçirdiyi görüşlər haqqında məlumat verdi.
Azərbaycanın Baş naziri İlham Əliyevin Ankaraya işgüzar səfərini yüksək qiymətləndirən Prezident Əhməd Necdət Sezər ölkələrimiz arasındakı münasibətlərin səviyyəsindən məmnunluğunu söylədi.
Görüşdə ölkələrimizi maraqlandıran məsələlər, o cümlədən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin həyata keçirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri, habelə regional və beynəlxalq vəziyyət haqqında fikir mübadiləsi aparıldı.
Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz, respublikamızın İstanbuldakı baş konsulu İbrahim Yaqubov görüşdə iştirak edirdilər.
Azərbaycan xarici işlər nazirinin Türkiyəyə rəsmi səfəri başa çatmışdır.