Azərbaycanlı alimə beynəlxalq hüquq kafedrasının professoru elmi adı verilib
Kiyev, 7 may, AZƏRTAC
Ukrayna Təhsil və Elm Nazirliyinin Attestasiya Kollegiyasının qərarı ilə azərbaycanlı alim, Ukraynadakı diasporumuzun ən fəal üzvlərindən biri, hüquq elmləri doktoru Arif Quliyevə beynəlxalq hüquq kafedrasının professoru elmi adı verilib.
AZƏRTAC xəbər verir ki, Arif Quliyevə professor elmi adının verilməsi barədə attestatı Ukraynanın təhsil və elm naziri Liliya Qrineviç təqdim edib.
Arif Quliyevin konseptual layihələri, elmi qənaətləri və qaldırdığı problemlərin çoxuna dair düşüncələri onun beynəlxalq münasibətlər prosesinə analitik yanaşmasının nəticəsidir. Alimin beynəlxalq və konstitusiya hüququna dair əsərlərinin biblioqrafiyasına, onun çoxsaylı publisistik məqalələrinə müraciət edərkən cəsarətlə demək olar ki, Arif Quliyevin bütün fəaliyyəti beynəlxalq aləmdə Azərbaycanın və Ukraynanın nüfuzunun yüksəldilməsinə yönəldilib. Alimin dünyagörüşü, tədqiqat mövzularının əhatə dairəsi, fundamental yanaşma tərzi isə insanı heyrətləndirir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]