Azərbaycanlı rəssamın ABŞ-də fərdi sərgisi açılıb
Vaşinqton, 18 avqust, AZƏRTAC
Azərbaycanlı rəssam Vüqar Quliyevin ABŞ-də “Tənhalığın əks-sədaları” (“Echoes of Solitude”) adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, ABŞ-nin Aleksandriya şəhərində yerləşən İncəsənət Liqası (The Art League) adlanan qalereyada açılan sərgidə rəssamın müasir həyatdakı müşahidələrindən qaynaqlanan 17 əsəri nümayiş etdirilir. Rəsm əsərlərində insanlar arasındakı bağlılıq və məsafə, mövcudluq və yoxluq, eləcə də insanın daxili dünyası və yaşantıları ön plana çıxır.
Sentyabrın 6-dək davam edəcək sərgi ilə İncəsənət Liqasının onlayn qalereyasında da tanış olmaq mümkündür.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton