Azərbaycanlı tələbənin Nyu-Yorkda konfransa təqdim etdiyi qətnamə BMT-də müzakirəyə çıxarılacaq
Bakı, 27 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin ikinci kurs tələbəsi Rəsul Mehdiyev Nyu-Yorkda, BMT-nin baş qərargahında keçirilən konfransın bölmə iclasında məruzə ilə çıxış edib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, azərbaycanlı tələbənin konfransa təqdim etdiyi qətnamə 130 ölkədən 119 səs toplayıb. Konfransda qəbul edilən qətnamə BMT-də müzakirəyə çıxarılacaq.
R.Mehdiyev uğurlu iştirakına və fəallığına görə Təşkilat Komitəsi tərəfindən “Ən yaxşı təmsilçilik” nominasiyası ilə təltif edilib.