İQTİSADİYYAT
“Azəristiliktəchizat”ın rəhbərliyi Lənkəranda vətəndaşlarla görüşəcək
Bakı, 3 avqust, AZƏRTAC
Cari il avqustun 25-i saat 10:00-da “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev tərəfindən Lənkəran şəhərində Lənkəran, Astara, Lerik şəhərlərinin sakinləri üçün vətəndaş qəbulu keçiriləcək.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.
Qəbul Lənkəran şəhəri, Heydər Əliyev Mərkəzində keçiriləcək.