“Azərpoçt” kart sahiblərinin “Google Pay”lə ödəniş etməsi mümkün olub
Bakı, 10 iyun, AZƏRTAC
“Azərpoçt” ötən illərdə olduğu kimi, bu il də rəqəmsal həllərə yönəlik innovativ xidmətlər təklif etməkdə davam edir.
AZƏRTAC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, “MilliKart” MMC tərəfindən təqdim olunmuş platforma üzərindən “Azərpoçt”un kart sahibləri ödəniş kartlarını “Google Wallet”ə əlavə etməklə ödənişlərini təmassız şəkildə həyata keçirə bilərlər. Bununla da istifadəçilərin kartları özləri ilə daşımasına ehtiyac qalmır.
Qeyd edək ki, “Google Pay” elektron ödəmə sistemi olub, ödənişləri təmassız və sürətli şəkildə həyata keçirməyə imkan verən xidmətdir.
Müştərilər bu xidmətdən müxtəlif ticarət və iaşə obyektlərində mobil telefonlarını pos-terminala yaxınlaşdıraraq ödənişlərini saniyələr içində edə bilərlər. Əlavə olaraq, “Google Pay” onlayn alış-veriş üçün də çox rahat ödəniş vasitəsidir.
Kartların təhlükəsiz şəkildə “Google Wallet”də saxlanılması, həmçinin həmin tətbiq vasitəsilə xərclərə nəzarət etmək imkanının olması da xidmətin əlçatanlığını təmin edir.
Onu da qeyd edək ki, müasir texnologiyanın tətbiqi “Azərpoçt”da biznes proseslərini asanlaşdırmağa, informasiyanın ötürülmə sürətini artırmağa xidmət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]