İQTİSADİYYAT
“Azərsu” ASC-nin internet saytı “Milli Net-2011” müsabiqəsinin ikinci mükafatına layiq görülmüşdür
Bakı, 26 dekabr (AZƏRTAC). “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) internet saytı “Milli Net-2011” müsabiqəsində 2-ci yerə layiq görülmüşdür.
ASC-dən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan İnternet Forumunun milli internet mükafatı olan “Milli Net-2011” müsabiqəsində “Dövlət və bələdiyyə saytları” nominasiyasında qurumun www.azersu.az internet saytı 2-ci yerə layiq görülmüşdür. Münsiflər heyəti “Azərsu” ASC-nin internet səhifəsinin dizaynını və məzmununu yüksək qiymətləndirmişdir.
“Azərsu” ASC-nin internet səhifəsi 2011-ci ilin sentyabrından istifadəyə verilmişdir. İstifadəçilər saytdan Azərbaycan və ingilis dillərində su təsərrüfatı haqqında geniş məlumat ala, onlayn xidmətlərdən istifadə edə, onlayn şikayət və müraciət göndərə bilərlər.