SİYASƏT
AzərTAc-ın xüsusi müxbirinin enerji əməkdaşlığı haqqında məqaləsi Türkiyənin nüfuzlu “Radikal” qəzetinin internet saytında yerləşdirilmişdir
İstanbul, 25 noyabr (AZƏRTAC). AZƏRTAC-ın xüsusi müxbirinin enerji əməkdaşlığı haqqında “Heydər Əliyevin enerji strategiyası və Türkiyənin rifahı” sərlövhəli məqaləsi qardaş ölkənin nüfuzlu “Radikal” qəzetinin internet saytında yerləşdirilmişdir.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı enerji sahəsində əməkdaşlığa dair səslənmiş fikirlər, ümummilli lider Heydər Əliyevin qardaş ölkə ilə birgə həyata keçirilən enerji layihələrinə böyük əhəmiyyət verməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə başlayan və Trans-Anadolu, Trans-Adriatik kəmərləri ilə davam edən nəhəng layihələr haqqında ətraflı məlumat verilir.
İzmirin Petkim yarımadasında inşa olunan “Star” neft emalı zavodu və infrastruktur layihələri ilə birlikdə həyata keçirilən sərmayə proqramlarının Türkiyənin iqtisadiyyatı və rifahı üçün böyük əhəmiyyətə malik olduğu vurğulanan məqalədə bildirilir ki, 2023-cü ilədək Azərbaycan qardaş ölkənin iqtisadiyyatına ən çox sərmayə qoyan ölkə olacaqdır.
Məqalənin tam mətnini
http://blog.radikal.com.tr/Sayfa/haydar-aliyevin-enerji-stratejisi-ve-turkiyenin-refahi-40571 internet saytında oxumaq olar.