BAĞBANLARIMIZ “QRAND SMİT”, “FUJE” ALMA SORTLARI YETİŞDİRƏCƏKLƏR
Fransadan Azərbaycana “Qrand smit” və “Fuje” alma sortlarının 2 min tingi gətirilmiş və Qubadakı regional elm mərkəzinin tingliyində əkilmişdir.
“Frazer” firması tezliklə ölkəmizə çoxlu calağaltı material, xəstəliklərə və ziyanvericilərə davamlı alma sortlarının tumurcuqlarını da göndərəcəkdir. Tinglər tezliklə yeni salınacaq meyvə bağlarına köçürüləcəkdir.
Həyata keçirilən layihə ölkəmizdə bağçılıqı inkişaf etdirməyə və meyvə emalı üzrə müştərək müəssisələr yaratmağa imkan yaradacaqdır.
Fransanın Bakıdakı səfiri xanım Şantal Puare öz ölkəsinin bir neçə gün bundan əvvəl respublikamıza rəsmi səfərə gəlmiş senatorları ilə birlikdə Quba regional elm mərkəzinə getmiş, ölkələrimiz arasında əməkdaşlığın bu yeni sahəsi ilə tanış olmuşlar.