İQTİSADİYYAT
“Bakcell” və RİM yeni “BlackBerry” məhsulları təqdim etmişlər
Bakı, 27 dekabr (AZƏRTAC). “Bakcell” və “Research in Motion” (RIM) şirkətləri birgə yeni “BlackBerry” məhsullarını təqdim etmişlər.
Bu məhsullar “BlackBerry” cihazlarından istifadə edən bütün abonentlər (CİN, Klass və Gold) üçün nəzərdə tutulmuşdur. Yeni təklif Azərbaycanın mobil telekommunikasiya bazarında ilk dəfə olaraq, abonentlərə “BlackBerry” xidmətlərinin geniş çeşidindən çox sərfəli qiymətə yararlanmaq imkanını verir.
“Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer AZƏRTAC-a bildirmişdir ki, abonentlər arasında “BlackBerry” smartfonlarına artan tələbi nəzərə alaraq, Azərbaycanda ilk dəfə olaraq müvafiq qiymətlərlə “BlackBerry Social” və “BlackBerry Complete” xidmətlərini təqdim edirik.
“Social 7” (50 MB) və “Social 30” (300 MB) paketləri üçün “Bakcell” abonentləri, muvafiq olaraq, 7 gün üçün 3,33 manat və 30 gün üçün 9,99 manat ödəməklə limitsiz internet trafikindən yararlana biləcəklər. “BlackBerry Complete” (400 MB) pakentindən istifadə etmək istəyən abonentlərə isə “Bakcell” 13,99 manat qiymətinə 30 günlük paket təklif edir.
Yeni paketləri aktivləşdirmək üçün 7887 nömrəsinə SMS göndərmək lazımdır.