İDMAN
“Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimi Türkiyə mətbuatında geniş işıqlandırılıb
![](/files/galleryphoto/2015/2/1200x630/14341940151835453803_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434194015168732860_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14341940154660446020_1200x630.jpg)
Bakı, 13 iyun, AZƏRTAC
Türkiyə mətbuatı “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimini geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, “NTV Spor” kanalı birinci Avropa Oyunlarının açılış mərasimini canlı olaraq türkiyəli tamaşaçılara çatdırıb. Kanalın rəsmi internet səhifəsində “Bakıda tarixi açılış” sərlövhəli məqalə dərc olunub. Qardaş ölkə ərazisində rəsmi yayımçı olan kanal, həmçinin yarışlar və gündəlik icmalları təqdim edir.
“Haberler.com” portalında “Bakıda Avropa Oyunları üçün görkəmli açılış mərasimi” sərlövhəsi ilə geniş yazı dərc olunub. Məqalədə 68 minlik möhtəşəm Bakı Olimpiya Stadionunda təşkil edilən möhtəşəm açılış mərasiminin bütün dünyanı heyrətləndirdiyi diqqətə çatdırılıb.
“Bakıda Avropa Oyunları coşqusu” sərlövhəsi ilə “Haberturk.com” saytında yayımlanan məqalədə bir çox ölkələrin dövlət və başçılarının, yüksək dövlət rəsmilərinin iştirak etdikləri mərasimdə Azərbaycan ilə yanaşı, Avropa dəyərlərini də əks etdirən kompozisiyaların nümayiş olunduğu xüsusi vurğulanıb.