İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 15 avqust (AZƏRTAC). Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) avqustun 14-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 ABŞ dolları üçün 0,7835 AZN-ə bərabər olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7835 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə heç bir əqd qeydə alınmamışdır.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7835 AZN olmuşdur.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 1.197.931,50 AZN məbləğində əqdlər qeydə alınmışdır.
Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7835 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, 1.527.000 ABŞ dolları, yaxud manat ekvivalenti ilə 1.197.931,50 AZN məbləğində əqdlər qeydə alınmışdır.
USD/AZN T+1, T+2, SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanmamışdır.
EUR/AZN və RUB/AZN alətləri üzrə bank sifarişləri qeydə alınmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 10,08 faiz, ABŞ dolları üzrə isə 10,33 faiz təşkil etmişdir.
Avqustun 14-də birjada banklararası kredit alətləri üzrə əqdlər bağlanmamışdır.