BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 100 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 dollar üçün 4915 manat idi və hərracların yekunlarına görə dəyişməmişdir. Tələb və təklif 100 min ABŞ dolları olmuşdur.
Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4915 manat həddində idi. USD/AZM T+0 aləti ilə BEST-də 2,470 milyon ABŞ dollarına bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 12,140 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 224545 dollar düşmüşdür. Tələbat olmadığından dilerlər T+1, T+2 alətləri üzrə əqd bağlamamışlar. Banklar EUR/AZM, RUR/AZM üzrə BEST-ə sifarişlər verməmişlər.
Milli Bank BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə 1,1 milyard manat həcmində kreditlər yerləşdirmək üçün sifarişlər vermişdir. Avqustun 11-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]