BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
AZƏRTAC xəbər verir ki, Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, aprelin 11-də USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8294 AZN olmuşdur.
Elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8289 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə 232 512 AZN məbləğində əqd bağlanmışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına görə, 0,0015 bənd düşərək 1 dollar üçün 0,8304 AZN olmuşdur.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 1 368 510 AZN-ə bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8294 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, dollar alətləri üzrə hərracların ümumi həcmi 1 930 000 ABŞ dolları olmuşdur ki, bu da manat ekvivalenti ilə 1 601 022 AZN-ə bərabərdir. Bir əqdə 386 000 dollar düşmüşdür.
USD/AZN T+1 və T+2 alətləri və SWAP_USDAZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. EHBS-də banklar AUR/AZN və RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 16,42 faiz, ABŞ dolları üzrə isə 17,00 faiz təşkil etmişdir.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında aprelin 11-də əqd bağlanmamışdır.