Bakı-Böyük Kəsik sahəsində dəmir yolunun işarəvermə və rabitə sistemi yenidən qurulacaqdır
Bakı, 8 fevral (AZƏRTAC). Azərbaycanın polad magistrallarının modernləşdirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Dövlət Proqramı çərçivəsində dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında bir mərkəzdən idarə edilməsi ilə əvəzlənməsi işlərinə başlanılmışdır. Bu sistemdə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət, hərəkət heyəti ilə birbaşa rabitə əlaqəsi yaratmaq, təkər cütlərinin qızmasını və nasazlığını aşkar edən təhlükəsizlik cihazlarının quraşdırılması, dəmir yolu-avtomobil keçidlərinin tam avtomatlaşdırılaraq yenidən qurulması nəzərdə tutulmuşdur.
Bakı-Böyük Kəsik sahəsində elektrik təchizatı, işarəvermə və rabitə sistemi 4 il müddətində tam yenidən qurulacaqdır. Avtomatlaşdırılmış telemexanika, rabitə avadanlığı və sistemləri yenisi ilə əvəz olunacaqdır.
Ötən ilin ikinci yarısında işarəvermə və rabitə sisteminin modernləşdirilməsi məqsədilə tender elan edilmişdir. Tenderin qalibi İsveçin “Bombardier” şirkəti olmuşdur. Keçən ilin sonlarında dəmir yolu nəqliyyatı mütəxəssisləri “Bombardier” şirkəti ilə birgə Böyük Kəsik-Gəncə (I mərhələ) sahəsində texniki şərtləri hazırlamışlar.
Hazırda layihə-quraşdırma işləri gedir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]
ADY Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin alternativ marşrutunu təqdim edir
Bu saata olan əsas xəbərlər
- [20:00]
"Şimal" I Liqada qalıb
- [18:02]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanda Qurban bayramıdır
- [09:00]