İQTİSADİYYAT
Bakı İstilik Elektrik Mərkəzində əsaslı təmir işləri aparılır
Bakı, 15 avqust (AZƏRTAC). Bakı İstilik Elektrik Mərkəzində (İEM) həyata keçirilən müvafiq tədbirlər istehsal prosesinin dayanıqlığını artırır və texniki-iqtisadi göstəricilərin daha da yaxşılaşmasına kömək edir.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin yanvar-iyul aylarında 291,4 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir. Avadanlığın iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində digər sahələrdə də yüksək göstəricilərə nail olunmuşdur. Müəssisədə cari ilin iyul ayında 36,9 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir.