REGİONLAR
Bakı-Şamaxı-Yevlax yolunun 67-70-ci kilometrlik hissəsində təmir işləri aparılır
Bakı, 6 iyun, AZƏRTAC
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 67-70-ci kilometrlik hissəsində cari təmir işləri görülür.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir-bərpa işləri aparılan ərazidə əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib. Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri həyata keçirilib, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb.
Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Təmir işləri yaxın günlərdə yekunlaşdırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2024 [21:21]
Naxçıvanın səhiyyə sistemində görülən işlərlə bağlı konfrans keçirilib
- 22.05.2024 [19:46]
Naxçıvanı “Şahin” hərbi-idman oyunlarında təmsil edəcək komanda məlum olub
- 22.05.2024 [17:54]
Qusarda əmək yarmarkası: 200-dək boş iş yeri, 1250 manatadək əməkhaqqı
- 22.05.2024 [16:07]