Gəncədə gənc rəssamın fərdi sərgisi açılıb
Bakı, 22 may, AZƏRTAC
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Urbanda görüşərik" layihəsi çərçivəsində gənc rəssam Jalə Namazovanın fərdi sərgisi keçirilib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, sərgidə gənc rəssamın kətan üzərində yağlı boya ilə işlənmiş, postimpressionizm (fəlsəfi və incəsənət) cərəyanına aid 22 əsəri nümayiş etdirilib.
"Xarıbülbül", "Qədim Gəncə qapıları", "Karvan", "Narlar", "Heyvalar", "Dəniz mənzərəsi", "Balerin", "Şamlar", "Güllər", "Dəyirman", "İşıq", "Gül və qadın", "Xeyir və Şər" əsərləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.