Kəlağayı ustası: Hər bir naxış və rəng bu sənət nümunəsinə xüsusi gözəllik verir
İsmayıllı, 9 oktyabr, AZƏRTAC
Kəlağayı hazırlamaq xüsusi diqqət və səbir tələb edir. İlk növbədə, kəlağayının üzərinə qəlib vasitəsilə naxışlar salınır, daha sonra isə boyama mərhələsinə keçilir. Boyanma prosesi başa çatdıqdan sonra kəlağayı bir gün saxlanılır, daha sonra yuyulub qurudulur. Bütün mərhələlər ardıcıllıqla yerinə yetirildikdən sonra məhsul tam hazır vəziyyətə gəlir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində kəlağayı ustası Hikmət Qəhrəmanov söyləyib.
Dörd ildir bu sahədə çalışdığını bildirən usta sənətə olan sevgisini belə ifadə edib: “Kəlağayı sənətinə böyük marağım var, bu işdən hədsiz zövq alıram. Kəlağayının hər bir naxışı və rəngi ona xüsusi gözəllik qatır. Bu peşə ilə məşğul olmaq mənə ənənəvi sənətimizi daha yaxından tanımaq və onun yaşadılmasına töhfə vermək imkanı yaradır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [12:44]
Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub
- 09.10.2026 [10:33]