İQTİSADİYYAT
Bakıda daha bir CDMA baza stansiyası istifadəyə verilmişdir
Bakı, 27 dekabr (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Bakıda CDMA simsiz rabitə xidmətinin keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi olaraq Bakının 9-cu mikrorayonu ərazisində yeni basa stansiyasını istifadəyə vermişdir.
Bununla da CDMA stansiyasının tutumu 20 min nömrəyə çatdırılmışdır.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, hazırda Yasamal rayonu ərazisindəki ATS 438-də yeni baza stansiyasının qurulması işlərinə başlanılmışdır. Nəzərdə tutulan avadanlıq “Huawei” şirkətindən alınacaqdır.
BTRİB 511 və 555 indeksasiyası ilə CDMA xidmətləri göstərir.
“Aztelekom” İB ilə BTRİB arasında rouminq hesabına hər iki birliyin CDMA abonentləri ölkənin istənilən regionunda öz telefonundan istifadə edə bilərlər.