Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva bildirib ki, Məhərrəm ayı ilə əlaqədar Dövlət Komitəsi bu mövzuda silsilə tədbirlər həyata keçirir. O qeyd edib ki, Lənkəran, Astara rayonlarında, eləcə də Bakı şəhərinin Sabunçu, Səbail, Binəqədi, Yasamal, Suraxanı rayonlarında keçirilən seminar-müşavirələrdə rayon icra hakimiyyətinin başçıları, Milli Məclisin deputatları, QHT nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri, dini icma rəhbərləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Onun sözlərinə görə, tədbirlərin təşkilində əsas məqsəd milli-mənəvi irsimizin düzgün təbliği, dini mərasimlərin milli-mənəvi dəyərlərimizə və müasir dövrün tələblərinə uyğun keçirilməsi istiqamətində maarifləndirmə işinin aparılmasıdır. Bildirilib ki, bu gün keçirilən seminar-müşavirə iştirakçılarının ancaq qadınlar olması cəmiyyətimizdə, ölkəmizin ictimai-siyasi, sosial həyatında qadınların rolunu və mövqeyini göstərir. Y.Əliyeva bildirib ki, Azərbaycan qadını hər zaman cəmiyyətin avanqard qüvvəsi hesab olunub və taleyüklü məsələlərin həllinə, cəmiyyətin maarifləndirilməsi işinə öz dəyərli töhfəsini verib.

DQİDK-nın təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova isə qeyd edib ki, Azərbaycan xalqının milli adət-ənənələri, əxlaqi, mənəvi dəyərləri onun qədim tarixə malik zəngin mədəniyyətinin göstəricisidir. Hər bir xalqın adət-ənənələri onun mənsub olduğu dinlə sıx bağlıdır. Şöbə müdiri vurğulayıb ki, İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlərində, həyat tərzində, adət-ənənələrində dərin izlər buraxıb. Zaman keçdikcə cəmiyyət dəyişdikcə sadəcə din və onun qayda-qanunları, hökmləri dəyişilməz qalır. “Adət-ənənələr, mərasimlər isə zamanla dəyişir, müasir dövrün tələbinə uyğunlaşır. Dini mərasimlər dinimizi, tariximizi, mədəniyyətimizi, ənənələrimizi, həyat tərzimizi əks etdirməlidir. Düzgün maariflənmə, fərdi şəkildə xurafatla mübarizə, elmimizin və mənəviyyatımızın paralel inkişafı dinimizi xurafatdan, mövhumatdan qoruya və gələcək nəsillərə ötürə bilər”, - deyə E.Kərimova diqqətə çatdırıb.

Daha sonra çıxış edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı isə bildirib ki, bu gün Azərbaycanda bu sahələr üzrə islahatlar gedir. Xurafat və cəhalətə qarşı mübarizəni isə yalnız dövlətin deyil, cəmiyyətin aparmalı olduğunu deyən M.İbrahimqızı qeyd edib ki, Azərbaycan qadınları gələcək üçün sağlam nəsil yetişdirməlidir. Deputat vurğulayıb ki, bu gün bəzi dini mərasimlərdə savadsız mollaların söhbətləri olur. Bu da yeniyetmələrin dünya görüşlərinə və təfəkkürlərinə təsir edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib ki, İslam cəmiyyətdə faydalı din kimi təbliğ olunmalıdır. Bu işin reallaşmasında vəzifəsindən və statusundan asılı olmayaraq qadınlar daha çox fəallıq nümayiş etdirməlidir. Azərbaycan xalqının yüksək savada və intellektə sahib olduğunu deyən S.Qəhrəmanova deyib: “ Yeni nəslə izah olunmalıdır ki, İslam dini qadınlara hüquq verir. İslam tarixinə diqqət yetirdikdə görürük ki, ərəblərin cahillik dövründə körpə qız uşaqlarının diri-diri torpağa basdırılması məhz İslam dininin yayılmasından sonra dayandırılıb. Bu gün ölkəmizdə İslamın qaydalarından kənar, yanlış təbliğat aparan savadsız qrup mövcuddur. Birlikdə bu neqativ halın qarşısını almaq lazımdır”.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibliyinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Rəhimə Dadaşova bildirib ki, İslam seçilən bir dindir. Dinimizdə gender probleminin olmadığını deyən R.Dadaşova qeyd edib ki, İslam insanlara olduğu kimi çatdırılmalıdır. Onun sözlərinə görə, QMİ-nin təlimatlarına uyğun olaraq, təyinat alan qadın mollalar yüksək dini biliklərə sahib olmalıdırlar. Məscidlərdə QMİ-nin təyinatı ilə işləyən din xadimlərinin daim attestasiyası keçirilir. Onların təhsilli olması, təkmilləşməsi də diqqətdə olan məsələlərdəndir.

R.Dadaşova əlavə edib ki, QMİ fətva verməklə insanlara Aşura məclisinin necə keçirilməsini tövsiyə şəklində bildirir. O vurğulayıb ki, bu il Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanların sayı daha da artıb. Bu günədək qanvermə aksiyalarına ancaq müsbət reaksiya verilib.

“Erkən nikahların olmasına görə yalnız din xadimlərini günahlandırmaq olmaz. Çox zaman erkən nikahı məhz mollalar bağlayırlar. Bu məsələyə kompleks yanaşmaq lazımdır. Ailə, məktəb də erkən nikah məsələsində rol oynamalıdır. Ailə və məktəb öz məsuliyyətini mollanın üzərinə ata bilməz”, - deyə Rəhimə Dadaşova diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AZAL Buxarest və Sofiyaya 99 avrodan aviabiletlər təklif edir

Milli Məclisin deputatları NATO PA-nın yaz sessiyasında iştirak edəcəklər

Nazir müavini: “Yaşıl dünya naminə həmrəylik ili”ndə 5 milyon ağacın əkilməsinə nail olacağıq – MÜSAHİBƏ

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Daşkəsəndə vətəndaşlarla görüşəcək

Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib

Azərbaycan neftinin ucuzlaşması davam edir

Elektrik avadanlıqlarının çatışmazlığı Avropada yaşıl enerjiyə keçidi ləngidir

Diplomat: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı səylər sülhə ümid yaradır

Çin ordusu Tayvan separatçılarına “Birgə qılınc” təlimi ilə cavab verir

Makron Yeni Kaledoniyaya səfər edib

BMT: Vəhşi təbiətə qarşı qlobal cinayətlər "saysız-hesabsız zərər" verir

Fransa Senatı xarici müdaxilənin qarşısının alınmasına dair qanunu qəbul edib

Abşeronun misilsiz abidəsi - “Üç ovdan”

Antiislamçı Rasmus Paludan Avropa İttifaqı seçkilərində iştirak edir

ADNSU-da əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası mövzusunda tədbir keçirilib

Rəcəb Tayyib Ərdoğan təbii fəlakətdən zərər çəkənlərə yardım toplayan azərbaycanlını mükafatlandırıb

"Atalanta" Avropa Liqasının qalibi olub YENİLƏNİB

Şəkidə məskunlaşan Ağdam sakini özünə qəsd edib

Türk dünyasının ilk müştərək film layihəsi ilə bağlı görüş keçirilib

Azərbaycan Basketbol Liqası: "Sabah" seriyada önə keçib

Avropa Liqasının finalı: "Atalanta" - "Bayer"in start heyətləri açıqlanıb

Gədəbəy sakinlərinin 74 illik ailə dəyəri... REPORTAJ – FOTO 

Azərbaycan Texniki Universitetində Alman Akademik Mübadilə Xidmətinin illik təqaüd mükafatlandırma mərasimi keçirilib

Naxçıvanın səhiyyə sistemində görülən işlərlə bağlı konfrans keçirilib

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ən yaxşı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə komanda hesabında U-23 Avropa çempionu olub

Rişi Sunak Britaniyada növbədənkənar seçkilər elan edib

Azərbaycan səfiri BƏƏ xarici işlər nazirinin mükəmməllik mükafatına layiq görülüb

Azərbaycanın daha bir güləşçisi Avropa çempionatının qızıl medalına yiyələnib

Naxçıvanı “Şahin” hərbi-idman oyunlarında təmsil edəcək komanda məlum olub

Prezident Emoməli Rəhmon Şəhidlər xiyabanını ziyarət edib

Paşinyan: Sərhədlərin delimitasiyası Ermənistanın təhlükəsizliyini təmin edəcək

Azərbaycan-Tacikistan münasibətləri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq uğurla inkişaf etdirilir

İcma: Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması müstəvisində regiondan kənar dövlətlərin yersiz müdaxilələri yolverilməzdir

Regional təhsil idarəsi: Biləsuvarda 8-ci sinif şagirdinin xəsarət alması ilə bağlı araşdırma aparılıb

“8 Noyabr” prospektində aparılan təmirlə əlaqədar 5 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən kursda iştirak edirlər

Tacikistan Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Baş direktor: Standartlaşdırmanın əsas məqsədi dövlətin milli maraqlarını təmin etməkdir

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

TBMM Baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə görüşlər keçirib

Nərimanov rayonundakı ictimai iaşə müəssisəsində saxta alkoqollu içkilər aşkarlanıb

Xəzər rayonunda tikilidən 125 min manatlıq inşaat materialları oğurlanıb

HDQ-nin “N” hərbi hissəsinin yaradılmasından 32 il ötür VİDEO

Komitə sədri: Nehrəmdəki məktəb binasında əvvəlki illərdə tikinti norma və qaydalara uyğun aparılmayıb

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəlib

“Ev təsərrüfatlarının uçotu Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DYP yolda hərəkətin məhdudlaşdırılacağı ilə bağlı məlumat yayıb

Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti zolaqlar üzrə məhdudlaşdırılacaq

Qulluq stajına görə əmək pensiyasına əlavələrlə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Rəsulzadənin 140 illik yubileyi Marneulidə qeyd olunub

Avropa çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

AQTİ ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında təlim-təcrübə proqramına başlanılıb

Britaniyanın müdafiə naziri: Çin Ukraynada istifadə üçün Rusiyaya öldürücü silah yardımı edir

Zəngilan rayonunun Ağalı kənd sakinləri üçün oftalmoloji aksiya keçiriləcək

Jurnalist Reyçel Avraham: Erməniləri Qarabağdan heç kim silah gücü ilə çıxarmayıb

Naxçıvanda “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı” keçirilir

Elm və təhsil naziri Londonda “Clarivate Analytics” şirkətinin rəhbərliyi ilə görüşüb

TikTok platformasının nümayəndə heyəti ilə Milli Məclisdə görüş keçirilib

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi medal görüşünə çıxacaq

ALMA rəsədxanasının nümayəndələri BDU-da

TBMM-in Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının nümayəndə heyəti Milli Məclisdə olub

Plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsinə dair hansı tələblər var?

Amerikalı qonaqlar azad edilən ərazilərdə köç prosesini ləngidən mina təhlükəsi barədə məlumatlandırılıblar

“Şamaxı” klubu Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Füzuli, Şuşa və Laçında olub

Qusarda əmək yarmarkası: 200-dək boş iş yeri, 1250 manatadək əməkhaqqı

BANM-də “Addım at” forumu keçirilib

Ankarada TÜRKPA ölkələrinin müdafiə və təhlükəsizlik üzrə əməkdaşlığının inkişafı yolları müzakirə edilib

Qobustan rayonunda yeni kənd həkim məntəqəsinin açılışı olub

Naxçıvan şəhərində mərkəzi kanalizasiya şəbəkəsinə qoşulmayan 100-dən çox yaşayış obyekti aşkarlanıb

“Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Kimya və kimya texnologiyası” mövzusunda lll respublika elmi konfransı işə başlayıb

Yığmanın baş məşqçisi: Parisə bütün komandaları məğlub etmək üçün gedəcəyik

Ermənistanın nicat yolu yalnız sülhdədir ŞƏRH

Bakıda “Gimnastika hamı üçün” adlı beynəlxalq turnir keçiriləcək

AQTİ ilə Ümum-Rusiya Bitki Karantini Mərkəzi arasında əməkdaşlıq genişləndirilir

İsmayıl Şıxlının əsərləri Türkiyə türkcəsində

Baş nazir Əli Əsədov İran İslam Respublikasında rəsmi anım mərasimində iştirak edib VİDEO

Bakıda keçirilən “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu başa çatıb

Qurban Yetirmişli: Azad olunmuş ərazilərdə geofiziki tədqiqatlar aparılmayıb

Görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr edilmiş konsert olub

® “Birbank”dan daha bir yenilik: “Ninja” təklifi artıq mobil tətbiqdə

“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli 107 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Milli Məclis Lüksemburq Deputatlar Palatasının sədrinin qərəzli fikirlərini kəskin şəkildə qınayıb

#TikTokdanÖyrən layihəsinin qalibləri bəlli olub

BMU-da tələbə və məzunlar üçün karyera festivalı keçirilib

Elm və təhsil nazirinin müavini Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Qarabağda ilk seysmik stansiya bu ilin sentyabrında fəaliyyətə başlayacaq

Türkiyənin ticarət donanmasının statistikası açıqlanıb

BMTM azərbaycanlı qaçqınların Ermənistana qayıdışı ilə bağlı məruzə hazırlayıb

Türkiyə Avropa Liqası və Konfrans Liqasının final oyunlarına ev sahibliyi edəcək

Paytaxtda 140 yaşlı məktəbin yubileyi qeyd olunub

Ali Məclis 2023-cü il büdcəsinin icrası haqqında qanunu birinci oxunuşda qəbul edib

“Göygöl Milli Parkının dendroflorası” kitabının təqdimatı olub

“Avro-2024”: Şotlandiya millisinin ilkin heyəti bəlli olub

TBMM-in Baş katibinin müavinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub

Mətbuat Şurası tanınmış jurnalist Ramiz Əskərin vəfatı ilə bağlı nekroloq yayıb