REGİONLAR
Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib
Naxçıvan, 23 may, AZƏRTAC
Saat 07:30 radələrində Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsini su ilə təmin edən magistral xətdə qəza vəziyyəti yaranıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qəzaya səbəb kimi qaynaq birləşməsinin sıradan çıxması göstərilir. Borunun partlaması nəticəsində Ə.Qəmküsar küçəsinə suyun verilməsi müvəqqəti olaraq dayandırılıb.
Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.