Bakıda futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq
Bakı, 7 yanvar, AZƏRTAC
Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə yanvarın 10-dan 15-dək Bakıda futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, hazırlıq prosesinə Rövşən Hüseynli, Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Rizvan Fərzəliyev, Amir Shojaei (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Bayterek”, Qazaxıstan), Cavad Məmmədov (“Neftçi”), Emin Kürdov, Tofiq Mikayılov (hər ikisi EKOL), Eduardo Borges (“Halle-Gooik”, Belçika), Rafael Vilela (“Palma Futsal”, İspaniya), Fineo De Araujo (“Sportinq Paris”, Fransa), Thiago Teles Martins (ACCS FUTSAL, Fransa), Everton Cardoso (“Levante U.D.”, İspaniya) və Oliveira Villiams (“Sporting Paris”, Fransa) dəvət olunublar.
Yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]
Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək
- 13.10.2026 [10:28]
Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı
- 13.10.2026 [10:09]