CƏMİYYƏT
Bakıda ikinci Azərbaycan Autizm Festivalı keçirilib
Bakı, 29 aprel, AZƏRTAC
Bakıda ikinci Azərbaycan Autizm Festivalı keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, Azərbaycan Autizm Assosiasiyasının təşkil etdiyi tədbirdə xüsusi diqqətə ehtiyacı olan uşaqların bacarıqları nümayiş olunub.
Tədbirdə autizmlilərlə çalışan reabilitasiya mərkəzləri və idman klublarının fəaliyyətini əks etdirən stendlərə baxış keçirilib, bu sahədə fəaliyyət göstərən mərkəzlər öz işlərini nümayiş etdiriblər.
Gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri festivalı ziyarət edərək autizmli uşaqlarla və onların bacarıqları ilə maraqlanıblar.
Festival gün ərzində şou-biznes nümayəndələrinin ifasında konsert proqramı ilə davam edib.