Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda İSESCO-ya üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransında aktual problemlər müzakirə edilmişdir [YENİLƏNİB]

Bakı, 12 noyabr (AZƏRTAC). Noyabrın 11-12-də Bakıda, Heydər Əliyev Mərkəzində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransı keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, rəsmi açılışdan əvvəl tədbirin iştirakçıları əvvəlcə Mərkəzin foyesində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilmiş və Azərbaycanda dövlət uşaq siyasətini əks etdirən fotosərgi, eləcə də uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.

“İslam dünyasında uşaqlar və urbanizasiya problemləri” mövzusuna həsr olunmuş tədbirdə 60-dək ölkədən ümumilikdə 220-dən artıq nümayəndə iştirak etmişdir.

Tədbir Qurandan ayələrin oxunması ilə başlandı.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış edərək bildirmişdir ki, İSESCO ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq vardır. Azərbaycanda bu təşkilatın bir çox maraqlı layihələri həyata keçirilmişdir. Bu tədbir də həmin layihələrdən biridir.

Əli Əhmədov demişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyevanın İSESCO-nun fəaliyyətində yaxından iştirak etməsi təşkilata əhəmiyyətli dinamizm gətirmiş, ölkəmizin bu qurum ilə əməkdaşlığının yüksək səviyyəyə çatmasına bilavasitə kömək göstərmişdir.

Baş nazirin müavini diqqətə çatdırmışdır ki, həm İslam mədəniyyətinin təbliğində, həm də İslam ölkələrindəki problemlərin müzakirəsində, bütövlükdə bu problemlərin həllinə istiqamət verəcək qərarların qəbulunda İSESCO-nun çox böyük rolu vardır. Məhz buna görə də Prezident İlham Əliyev Azərbaycan ilə İSESCO arasında əlaqələrin daha da yüksəlməsinə xüsusi önəm verir. Təsadüfi deyildir ki, bu tədbir də Azərbaycan Prezidentinin dəstəyi ilə keçirilir.

Sonra Əli Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxumuşdur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova demişdir ki, fəaliyyət göstərdiyi 24 ildə İSESCO çox böyük işlər görmüş, uğurlar əldə etmişdir. Təşkilatın başlıca məqsədi dünya ölkələrinin elm, təhsil və mədəniyyət sahələrində əlaqələrinin yaradılması və xalqlararası dialoqun qurulmasıdır. İSESCO öz fəaliyyətini sırf müsəlman ölkələri ilə məhdudlaşdırmır. Təşkilat əhalisinin tərkibində müsəlmanların sayı az olan ölkələrlə də çox sıx əməkdaşlıq edir, elmin, mədəniyyətin və təhsilin inkişafı üçün proqramlar hazırlayır. 

Hicran Hüseynova bildirmişdir ki, İSESCO-nun fəaliyyətinin mühüm istiqamətlərindən biri də müharibə ilə üzləşmiş müsəlman dövlətlərinin zəngin tarixi irsinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir. Bu gün Azərbaycanın da ərazisinin 20 faizi işğal altındadır. Bu torpaqlardakı yüzlərlə mədəni, tarixi və dini abidələr işğalçılar tərəfindən vəhşicəsinə dağıdılmışdır. Bu vandalizm yalnız mədəni və tarixi abidələrə deyil, həmçinin insanlara, o cümlədən, qocalara, qadınlara və uşaqlara qarşı törədilmişdir. Biz bu faktları, bu reallıqları dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırırıq. Bu yolda İSESCO-nun dəstəyini çox yüksək qiymətləndiririk.

Komitə sədri xatırlatmışdır ki, 2007-ci ildə Heydər Əliyev Fondu İSESCO ilə əməkdaşlıq haqqında sənəd imzalamışdır. Həmin sənədə əsasən elm, təhsil və mədəniyyət sahələrində müxtəlif tədbirlər və layihələr həyata keçirilmişdir. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkəmizin tərəqqisinə verdiyi töhfələr danılmazdır. Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb”, “İnternat məktəbləri və uşaq evlərinin inkişafı”, “Görmə qabiliyyətini itirən və zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi” və s. layihələr həyata keçirilmişdir və bu gün biz onların konkret nəticələrini görürük. Artıq ölkənin ən ucqar kəndlərində də müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmişdir.

Hicran Hüseynova diqqətə çatdırmışdır ki, “Azərbaycanda erkən nikahın vəziyyətinin təhlili”, “Küçə uşaqlarının vəziyyətinin təhlili”, “Azərbaycanda yeni doğulmuş uşaqların qeydiyyatı ilə bağlı vəziyyətin təhlili” mövzularında həyata keçirilən layihələr uşaqların kənd və şəhər yerlərində üzləşdikləri bir sıra problemlərin araşdırılmasında və bu istiqamətdə profilaktik tədbirlərin, maarifləndirmə işlərinin aparılmasında xüsusi rol oynayır.

Komitə sədri bildirmişdir ki, uşaq hüquqlarının müdafiəsi Azərbaycan Hökumətinin prioritetlərindən biridir. Azərbaycan dövləti uşaq siyasətini həyata keçirərkən Uşaq Hüquqları haqqında Konvensiyada əks olunmuş prinsipləri əsas tutur. Dövlət uşaq siyasəti çərçivəsində cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli, yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması, uşaqlar tərəfindən qanun pozuntularının profilaktikası və digər sahələrdə 80-dən çox qanun və 30-dan artıq dövlət proqramı qəbul edilmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Ailə Məcəlləsində nikah yaşı qızlar üçün 18-ə qaldırılmış, Cinayət Məcəlləsində isə qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilmişdir.

Hicran Hüseynova diqqətə çatdırmışdır ki, hazırda Azərbaycanda uşaq ölümü hallarının daha da azaldılması, uşaqlar arasında xəstəliklərin profilaktikası kimi məsələlər də diqqət mərkəzindədir. Məktəbəqədər yaşda olan uşaqların intellektual, fiziki və psixoloji inkişafının, onların şəxsiyyətinin hərtərəfli formalaşmasının və məktəbə hazırlanmasının təmin edilməsi, uşaqların yaradıcılıq mühitində böyümələri və idmanla məşğul olmaları üçün zəruri şəraitin yaradılması prioritet istiqamətlər sırasındadır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı qaçqın və məcburi köçkün ailələrdən olan uşaqlara dövlət qayğısının göstərilməsi də xüsusi önəm daşıyır.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri konfransın keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmişdir.

Baş direktor qeyd etmişdir ki, bu konfrans urbanizasiya və uşaqlarla bağlı problemlərin həlli istiqamətində mühüm bir çağırışdır. O demişdir: “Biz urbanizasiya məsələsini daim diqqətdə saxlayırıq. İnsanların məskunlaşması, onların gəlirləri ilə bağlı problemlər birbaşa uşaqların həyat səviyyəsinə təsir göstərir. Əminəm ki, bu konfransda uşaqlarla bağlı problemlərin həlli üçün birgə yollar axtarıb tapacağıq. Bütün dövlətləri bu problemlərin həlli üçün birgə səy göstərməyə çağırıram”.

Əbdüləziz bin Osman əl-Tüveycri demişdir ki, Azərbaycanda uşaqlar demək olar ki, əziyyət çəkmirlər. Çünki Azərbaycan dövləti uşaqların hərtərəfli qayğısına qalır. Azərbaycanın üzləşdiyi əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı doğma torpaqlarından didərgin düşmüşdür və bu fakt uşaqlara da mənfi təsir göstərir.

İSESCO-nun baş direktoru ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında dini, tarixi, mədəni abidələri darmadağın etmələrini də konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

Baş direktor hazırda İSESCO-ya üzv ölkələrdə əhalinin 47 faizinin şəhər yerlərində yaşadığını, onların da yarısının uşaqlar olduğunu bildirərək demişdir ki, bu rəqəm inkişaf etməkdə olan ölkələr üçün vacib bir çağırışdır. Burada sosial məsələlər, təhsil, səhiyyə problemləri ortaya çıxır. Ona görə də bu məsələlərə diqqət yetirilməlidir. Xüsusi proqramlar, planlar hazırlanıb ortaya qoyulmalıdır ki, şəhərlə kəndlər arasında fərq aradan qaldırılsın və uşaqlar üçün yaxşı yaşayış şəraiti yaradılsın.

İSESCO-nun elm, təhsil, mədəniyyətlə bağlı həyata keçirdiyi müxtəlif proqramlar və layihələr haqqında danışan Əbdüləziz bin Osman əl-Tüveycri bu layihələrin və proqramların həyata keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq etmişdir.

Liviyanın gənclər və idman naziri, III konfransın prezidenti Əbdül Salam Abdullah Quaila çıxış edərək ölkəsində uşaqların problemlərinin həlli istiqamətində görülən işlərdən danışmışdır. Konfransa rəhbərliyin Azərbaycana keçdiyini deyən liviyalı nazir bəzi müsəlman ölkələrində hələ də uşaqların müharibədən, aclıqdan, səfalətdən əziyyət çəkdiklərini diqqətə çatdırmış, bu problemlərin həlli istiqamətində daha çox səy göstərilməsinin zəruriliyini vurğulamışdır.

Daha sonra İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlunun konfrans iştirakçılarına müraciəti oxunmuşdur.

Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında səmərəli əməkdaşlığın sevindirici olduğunu deyən Ekmələddin İhsanoğlu bu cür vacib bir konfransın təşkilinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıq etmişdir. İƏT-in baş katibi, eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkədə uşaqların problemlərinin həlli istiqamətində gördüyü işlərin yüksək qiymətləndirildiyini vurğulamışdır. “Bu konfransın keçirilməsi bir daha göstərir ki, İSESCO İslam ölkələrində uşaq problemlərinin həllinə önəm verir”, - deyən E.İhsanoğlu uşaqların səhiyyə, təhsillə bağlı problemlərinin narahatlıq doğurduğunu diqqətə çatdırmışdır. İƏT-in baş katibi demişdir ki, uşaqların kütləvi şəkildə kəndlərdən şəhərlərə axını bir çox hallarda onların valideyn himayəsindən kənar əlverişsiz şəraitdə böyüməsinə gətirib çıxarır. Bu da təbii ki, uşaqların gələcək fəaliyyətlərinə mənfi təsir göstərir. Bu konfrans problemlərin həlli istiqamətində konkret proqramların müəyyənləşdirilməsi baxımından önəmlidir.

Baş katib diqqətə çatdırmışdır İƏT uşaqların hüquqlarının qorunması, onlarla bağlı problemlərin həlli üçün proqramlar işləyib hazırlayır. Lakin bunun üçün təklikdə fəaliyyət göstərmək səmərəli nəticə verə bilməz. Bu istiqamətdə uğurlara nail olmaq üçün təşkilatların və dövlətlərin birgə fəaliyyəti əsas şərtdir.

Konfransda Azərbaycanda uşaq hüquqlarının qorunmasından, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğıdan bəhs edən videoçarx nümayiş olunmuşdur.

Azərbaycanlı uşaqlar konfrans iştirakçılarına müxtəlif dillərdə uğurlar arzulamış, rəqslər ifa etmişlər.

Sonra xatirə şəkli çəkdirilmişdir.

Konfrans işini sessiyalarla davam etdirmişdir.

Birinci sessiyada konfransın gündəliyi və proqramı qəbul olunmuşdur.

İclasda İSESCO-nun beynəlxalq eksperti Sadiq Rəşid “İslam dünyasında uşaqlar və urbanizasiya problemləri” mövzusunda əsas sənədi təqdim etmişdir.

Mövzu il bağlı çıxış edən UNICEF-in Nyu-Yorkdakı ofisinin nümayəndəsi Kristian Salazar və digər beynəlxalq ekspertlər İslam ölkələrində uşaqların müdafiəsi sahəsində həyata keçirilən proqram və layihələrdən, şəhərlərdə urbanizasiyanın yaratdığı problemlərdən, uşaqların rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs etmişlər.

Bildirilmişdir ki, dünya üzrə aparılmış araşdırmalara görə, inkişaf etmiş şəhərlərdə urbanizasiyanın artması nəticəsində uşaqlar bir sıra problemlərlə üzləşirlər. Uşaq hüquqlarının müdafiəsi hər bir ölkənin qarşısında duran ən aktual və mühüm vəzifələrdən biridir.

Müzakirələrdən sonra sənəd yekdilliklə qəbul edilmişdir.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri konfransa iki il müddətinə Azərbaycanın sədrlik edəcəyini bildirmiş, bu münasibətlə təbriklərini çatdırmış, ölkəmizə uğurlar arzulamışdır.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sədrliyi ilə konfransın ikinci işçi sessiyası keçirilmişdir.

Sessiyada geniş məruzə ilə çıxış edən H.Hüseynova bildirmişdir ki, müasir dövrdə uşaq hüquqlarının müdafiəsinə diqqət yetirən bütün dövlətlər kənd və şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərməlidirlər.

AQUPDK-nın sədri demişdir: “İSESCO-ya üzv dövlətlərin IV konfransında aparılan müzakirələr göstərir ki, dünyada insanları birləşdirən amillər onları ayıran amillərdən çoxdur. Bu sahədə dövlətlərin təcrübələrindən faydalanmaq məqsədəuyğun olardı. Belə bir vəzifəni yerinə yetirməklə biz həm də dünyanın gələcəyinə və inkişafına öz töhfələrimizi veririk”.

H.Hüseynova vurğulamışdır ki, ölkələrdə baş verən urbanizasiya proseslərinin artım tempindən asılı olmayaraq, bütün hallarda uşaqlar üçün normal inkişaf mühiti yaradılması əsasdır. Buraya sağlam boyartımı, düzgün qidalanma, istirahət, normal ev şəraiti, təbii amillər, pis vərdişlərdən qorunma, uşaq hüquqlarının müdafiəsi, yeni internet resursları ilə düzgün davranış, inkişaf üçün etibarlı ailə və dövlət təminatı və sair məsələlər daxildir. Şübhəsiz ki, bütün bu məsələlərin uğurlu həlli üçün dünya dövlətləri, qeyri-hökumət təşkilatları, nüfuzlu insanlar öz səylərini birləşdirməlidirlər. Konfransın uğurlu gedişi və burada aparılan səmərəli, məhsuldar müzakirələr düşünməyə əsas verir ki, bu ideya tezliklə reallığa çevriləcəkdir.

Daha sonra uşaq məsələləri üzrə 25-dək ekspert çıxış edərək urbanizasiyanın artması nəticəsində ölkələrində yaranmış problemlərdən, uşaqların bir çox sahələrdə, xüsusilə, təhsillə bağlı üzləşdikləri çətinliklərdən söz açmışlar.

Mərakeşin ölkəmizdəki səfiri Həsən Hami, Birləşmiş Ərəb Əmirliklərinin sosial məsələlər üzrə naziri Məryəm Məhəmməd Xalfan əl-Rumi, Əfqanıstanın əmək, sosial məsələlər naziri Əminə Əfzali, Bəhreynin sosial inkişaf naziri Fatimə əl- Baloşi, Fələstinin sosial məsələlər naziri Kamal əl-Şərəfi, Omanın sosial inkişaf naziri Şeyx Məhəmməd bin Said əl-Kalbani, Pakistanın  ali təhsildə təcrübə və standartlar naziri Məhəmməd Baliq ur-Rəhman, İraqın təhsil naziri Məhəmməd Tamim, Banqladeşin qadın və uşaqların işi üzrə naziri Meher Afrozi, Səudiyyə Ərəbistanı Krallığının Uşaq Milli Komitəsinin baş katibi Bander Kumut, Əlcəzairin milli həmrəylik və ailə məsələləri naziri Səid Barkat,  Qətərin Ailə Məsələləri üzrə Ali Şurasının baş katibi Hamad bin Məhəmməd Alfat əl-Həcri, Cibutinin səhiyyə, qadın və ailə planlaşdırması naziri Hasna Barkat Daud, Tunisin qadın və ailə məsələləri üzrə naziri Badi Sihem, Qazaxıstanın Təhsil və Elm Nazirliyinin şöbə müdiri Bakut Alibayeva, Kot d-İvuarın Həmrəylik, Ailə, Qadın və Uşaq Nazirliyinin şöbə müdiri Fofana Brahima, Liviyanın sosial məsələlər üzrə naziri Kamla Mazini və başqaları çıxış edərək ölkələrində uşaq hüquqlarının müdafiəsi və urbanizasiya məsələləri ilə bağlı görülən işlərdən danışmışlar. Çıxışlarda uşaqların məcburi əməyə cəlb edilməsi, zorakılıq hallarına məruz qalmaları kimi məsələlərə toxunulmuş, bu problemlərin həlli istiqamətində görülən tədbirlər qeyd edilmişdir. Natiqlər konfransın bu problemlərin aradan qaldırılması işinə töhfə verəcəyinə əminliklərini bildirmişlər.

Növbəti V konfransın 2015-ci il noyabrın 11-12-də Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi qərara alınmışdır.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) uşaq məsələləri üzrə məsul nazirlərinin Bakıda keçirilən IV konfransına noyabrın 12-də yekun vurulmuşdur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın əhəmiyyətini vurğulayaraq Azərbaycanda aparılan uşaq siyasəti və bu sahədə həyata keçirilən iri layihələrdən danışmışdır.

Sonra konfransın “Erkən uşaq təhsili və urbanizasiya problemləri” adlı sənədi, beş qətnamə və həmçinin Bakı Bəyannaməsi qəbul olunmuşdur.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri bəyannaməyə daxil edilən təkliflərdən danışmışdır. Bildirilmişdir ki, sənəddə uşaqların təhsil və tibbi xidmətlərə birbaşa çıxış imkanlarının əldə edilməsi, onların sosial hüquqlarının müdafiəsi öz əksini tapmışdır. İslam ölkələrində küçə uşaqlarının problemləri ilə bağlı məsələlər də yekun sənəddə yer almışdır.

Baş direktor demişdir ki, Bakı Bəyannaməsində ən aktual məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində zərər çəkən uşaqların həyatları ilə bağlı bənd vardır. Həmin bənddə Azərbaycan torpaqlarının işğal edilməsi qeyd olunmuşdur və orada zərərçəkən uşaqlarla bağlı digər məlumatlar da öz əksini tapmışdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirmişdir ki, bu konfransın yekunu olaraq imzalanmış Bəyannamə gərgin zəhmətin və dolğun müzakirələrin nəticəsidir. Bu Bəyannamədə əksini tapan məsələlər bəşəri əhəmiyyət daşıdığı üçün onların BMT-nin və Avropa Şurasının gündəliyinə daxil edilməsi barədə təklif irəli sürülməsini vacib sayıram.

Konfrans təşkilatçıları adından İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi Himayət Udin tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmişdir.

Tədbirin digər iştirakçıları da onlara göstərilən diqqətə görə təşəkkür edərək bildirmişlər ki, Azərbaycanın belə bir yüksək səviyyəli konfransa ev sahibliyi etməsi təqdirəlayiqdir. Əminik ki, bu konfrans dünyadakı uşaqların bir çox problemlərinin həllinə təkan verəcəkdir.

AQUPDK-nın sədri Hicran Hüseynova və İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri konfransın işinə xüsusi dəstək verdiyinə görə dövlət başçısı İlham Əliyevə və Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkürlərini bildirmişlər.

Tədbirdə İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycriyə konfransın “Xatirə medalı” təqdim olunmuşdur.

Sonda Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Albaniyanın əhalisi son 13 ildə 14 faiz azalıb

Putin və Lukaşenko Astanada ŞƏT sammiti çərçivəsində görüşəcəklər

Media: ABŞ NATO-nun Polşadakı bazasına “Abrams” tanklarını və digər hərbi texnikanı köçürüb

Mavritaniyanın hazırkı prezidenti seçkilərdə qalib gəlib

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket buraxıb

Karib dənizində “Beril” qasırğasının sürəti ən yüksək həddə çatıb

Keniya vergi qanunu ləğv edildikdən sonra 7,7 milyard dollar borc almağı planlaşdırır

Avro-2024: İspaniya millisi 1/4 finalda Almaniyaya rəqib olub

Kürdəmirdə minik avtomobili qoyun sürüsünü vurub, 15 heyvan tələf olub

Kiyevə raket hücumu olub, xəsarət alanlar var

Fransa: İfrat sağçılar hakimiyyətə doğru

Azərbaycan boks millisi Avropa çempionatını dörd medalla başa vurub

Bakı-Astara magistralında “Tır” yük avtomobili yanıb - YENİLƏNİB VİDEO

Azərbaycan sərbəst güləş millisi Avropa çempionu olub

Avro-2024: İngiltərə millisi əlavə vaxta qalib gələrək 1/4 finala yüksəlib

Füzuliyə AZAL-ın müntəzəm reysləri açılır

İctimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib

Qazaxıstanın Aktau şəhərində Atom Elektrik Stansiyasının tikintisi təklif olunur

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Şuşada ilk dəfə Kəlağayı festivalı təşkil olunub

Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Zelenski: ABŞ Ukraynanın NATO sammitinə dəvət edilməsinin tərəfdarı deyil

Dizayner Toğrul Babayev: Dizayn sahəsi perspektivli gənclərimiz üçün gələcəyə açılan qapıdır

Azərbaycan güləşçiləri “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 3 medal qazanıblar

İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Yasamal rayonunda ağacların kəsilməsi faktını araşdırıb

“Demirören Holdinq”in rəhbəri: Qarabağın bərpasına investisiya qoyuruq

“Azərbaycan Dizayn Sammiti 2024” keçirilib

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb

"Turan Tovuz" futbolçusu ilə müqavilə müddətini uzadıb

Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində iştirak edəcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid test imtahanı keçirilib

Serbiyada təhlükəsizlik tədbirləri gücləndirilib

Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var

Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

III Bakı Piano Festivalı Braziliya sambası konserti ilə başa çatıb

UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycan cüdoçuları VIII "Asiya Uşaqları" Oyunlarında 4 medal qazanıblar

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib VİDEO

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb VİDEO

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV