Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir

Bakı, 24 dekabr (AZƏRTAC). Dekabrın 24-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Əlamətdar bayramlar ərəfəsində şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.

“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilmişdi.

Burada şəhər sakinlərinə Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 10 tondan çox məhsul, o cümlədən 1 ton ət, 0,5 ton ağartı, 2,5 ton tərəvəz, 3 ton kartof, 1 ton bostan məhsulları, 2,5 ton meyvə, 0,2 ton taxıl məhsulları, 2 min ədəd yumurta təklif olunurdu. Alıcılar məhsulların keyfiyyətindən və qiymətindən razılıq edirdilər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Zakir Bağırov dedi ki, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Burada qoyun ətinin kiloqramı 5 manat 50 qəpiyə, mal əti 5 manata, kələm və soğan 30-40, kartof 40-70, yumurtanın biri 9 qəpiyə və s. satılır.

Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada satış üçün Salyan, Qusar, Astara, Şabran və Quba rayonlarından 84,2 ton meyvə-tərəvəz, ət və ağartı məhsulları gətirilmişdi.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev məlumat verdi ki, bayramqabağı yarmarkada bostan-tərəvəz məhsulları, o cümlədən xiyar, pomidor, balqabaq, həmçinin mövsümə uyğun meyvələr, xüsusilə nar, heyva, alma, xurma, müxtəlif çərəzlər və s. üstünlük təşkil edir. Məhsullar bazarlardakından 25-30 faiz ucuz satılır. Alıcılar qiymətlərdən razılıq edirlər.

Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada alıcılara Ağdaş, Salyan, Masallı və digər rayonlardan gətirilmiş 15 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulu - naringi, xurma, qoz, fındıq, kələm, soğan, kartof, ət, toyuq, konserv, arıçılıq məhsulları təklif olunurdu.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyevin sözlərinə görə, yarmarkada əhalinin daha çox ehtiyac duyduğu məhsullara üstünlük verilir və onların həcmi get-gedə artırılır. Becərdikləri məhsulları burada satmaq fermerlərimizə sərf edir, çünki mallarını əlavə xərclər ödəmədən pula çevirə bilirlər.

Qəsəbə sakinləri bazarlardakından xeyli ucuz satılan məhsulları həvəslə alır, keyfiyyətli və ucuz məhsul gətirmiş fermerlərə təşəkkür edirdilər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində (42,6 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (3,2 ton) satışa Kürdəmir, Samux, Quba, Biləsuvar, Cəlilabad, Lənkəran və Balakən rayonlarından gətirilmiş ümumilikdə 45,8 ton məhsul çıxarılmışdır. Hər iki yarmarkada nar, heyva, xurma, naringi, alma, pomidor, xiyar və digər mövsümi məhsulların alıcıları çoxluq təşkil edirdi. Bazarlarla müqayisədə qiymətlər 20-25 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.

Xətai rayonunda “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkada Ağcabədi, Salyan, Biləsuvar, Qəbələ, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara rayonlarından gətirilmiş 196 ton meyvə-tərəvəz, ət və süd məhsulları satılırdı.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynovun sözlərinə görə, yarmarkada məhsulların qiymətləri bazarlardakından 20-30 faiz ucuzdur. Burada sərfəli qiymətə kartof, soğan, kələm, kök, çuğundur, xurma, naringi, pomidor, xiyar, alma, nar, üzüm və digər məhsullar təklif olunur.

Şəhər sakinləri yarmarkada satılan məhsulların qiymətindən və keyfiyyətindən razıdırlar.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov bildirdi ki, şənbə günü Nərimanov rayonu ərazisindəki Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Beyləqan, Oğuz rayonlarından 51,8 ton kənd təsərrüfatı məhsulları və Giləzi broyler fabrikindən 10 min ədəd yumurta gətirilmişdir.

Həmişə olduğu kimi, Yeni il ərəfəsində də yarmarkadakı əksər məhsulları almaq üçün növbə düzülmüşdü. Alıcılar məhsulların nəinki təzə və keyfiyyətli, eyni zamanda bazar qiymətlərindən 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər. Satışa çıxarılmış məhsullar arasında ağartı və broyler məhsulları - toyuq və yumurtaya da tələbatın çox olduğu nəzərə çarpırdı. Çeşidlərin bolluğu, məhsulların keyfiyyətli və münasib qiymətə olması alıcıların ürəyincə idi.

Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.

Binəqədi rayonu ərazisində, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada müxtəlif çeşiddə meyvə-tərəvəzlər, o cümlədən alma, nar, kartof, kələm, kök, həmçinin ağartı məhsulları bolluğu ilk baxışdan nəzərə çarpırdı. Ağstafa, Siyəzən, Goranboy, Bərdə rayonlarının fermerləri həmin məhsulları alıcılara bazardakından 20-30 faiz ucuz qiymətə təklif edirdilər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirdi ki, yarmarkaya 21 tonadək meyvə-tərəvəz və bostan məhsulları gətirilmişdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

İnger Andersen: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Lahıc-Dəmirçi-Şamaxı yolunda sürüşmə baş verib

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

Bakı Dövlət Universiteti “Məzun günü” keçirib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verildi

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

UNEP-in icraçı direktoru Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidlə bağlı görülən işlər haqqında məlumatlandırılıb

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Pedaqoji Universitetdə “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi

TƏBİB-in rəhbəri əlavə ödənişlərin tələb olunmasına görə tibb işçilərinə xəbərdarlıq edib

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

ACCA imtahanları artıq UNEC-də

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3 VİDEO

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinləniləcək

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

ABŞ nəşri “Bakı ID” festivalından yazıb

Abituriyentlərlə Qarabağ Universiteti ilə bağlı görüş keçirilib

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub

“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurub

Ceyhun Bayramov: Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik

Misirdə tapılan yunan-Roma məzarları qədim dövrün xəstəlikləri barədə yeni məlumatlar verib

Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər - tədbir

Güləş üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisinə Bakıda xüsusi mükafat verilib

“Ednews”: Şuşada Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Tokayev: Qazaxıstanda AES-in tikintisi üzrə referendum payızda keçiriləcək

Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

Azərbaycan alimi İtaliyada keçirilən beynəlxalq konfransda çıxış edib

Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqi sahəsində əməkdaşlıq müzakirə edilib

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib

Xalq artisti Mərahim Fərzəlibəyovun 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

Nazir: İkili ixtisası olan müəllimlər hər iki fəndən sertifikasiyaya cəlb olunacaqlar

Araz çayında suyun səviyyəsi artıb VİDEO

Emin Əmrullayev: Məktəb direktoru və müavinləri də sertifikatlaşdırma prosesindən keçməlidirlər

İslamabad abadlıq üzrə Bakının təcrübəsindən faydalanacaq

UEFA Regionlar Kuboku: Azərbaycan çempionunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Ağsuda vətəndaşlarla görüşəcək

“Sənət sevgi ilə işlənən zaman daha gözəl olur” FOTO VİDEO

Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir

Nazir: Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqının 1295 manata çatması ehtimal olunur

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

® “Unibank” Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı silsilə tədbirlərə dəstək olub

Hərbi ekspert: Ukraynada cəbhədə vəziyyət çox ağırdır

MİQ-dən keçənlərin orta sertifikatlaşdırma balı 52, MİQ-də iştirak etməyənlərin orta balı isə 43 olub

Emin Əmrullayev: Xarici dil müəllimlərinin 21 faizi sertifikasiya imtahanında keçid balını toplaya bilməyib

Nazir müəllimlərin sertifikatlaşdırılması nəticəsində yaranmış vakant saatların bölünməsi məsələsinə aydınlıq gətirib

Astanada ŞƏT sammitində dünya liderləri iştirak edəcəklər

Sertifikasiya imtahanında orta balı yüksək olan müəllimlərin olduğu rayon və şəhərlərin adları açıqlanıb - RƏSMİ

İngiltərə millisinin üzvü oyun zamanı komanda yoldaşını təhqir edib

Ceyhun Bayramov: Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında dövlət və hökumət başçıları mühüm rol oynayır

Nazir: İbtidai sinif müəllimlərinin 20 faizi sertifikasiya imtahanında 51 bal və daha yüksək nəticə göstərib

Aslan Kərimov: Gürcüstan millisinin bu cür oyunla qrupdan çıxmağı gözlənilməz oldu

Emin Əmrullayev: İbtidai sinif müəllimlərinin 86 faizi sertifikasiya imtahanında uğurlu nəticə göstərib

Danimarka “iqlim meteorizmi”nə vergi tətbiq edən ilk ölkə ola bilər

Nazir: 2022-2024-cü illərdə 64,5 min müəllim sertifikasiya imtahanında iştirak edib

Türkoloq alimlər Bişkekdə Mahmud Kaşğari irsini müzakirə ediblər

“Azərkosmos”: “Emosional Zəka” modulunun iştirakçılarına sertifikatlar təqdim edilib