SİYASƏT
BAKIDA MÜLKİ MÜDAFİƏ QÜVVƏLƏRİNİN NÜMUNƏVİ TƏLİMİ KEÇİRİLMİŞDİR
“Azərneftyanacaq” İstehsalat Birliyinin ərazisində Azərbaycan Müdafiə Nazirliyi Mülki Müdafiə İdarəsinin nümunəvi təlimi keçirilmişdir.
İdarədən müxbirimizə demişlər ki, təlimi NATO-nun Mülki Müdafiə Komitəsinin mütəxəssisləri və dünyanın 36 ölkəsindən gəlmiş nümayəndələr izləmişlər. Burada xilasedicilərimiz müasir texnikanın imkanlarından istifadə olunması, xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsi sahəsində bacarıqlarını nümayiş etdirmişlər.
NATO-nun Mülki Müdafiə Komitəsinin sədri Piter Veraart terror və müxtəlif növ təhlükələrə qarşı hazırlıq, baş verən hücumların nəticələrinin aradan qaldırılması sahəsində mülki müdafiə qüvvələrimizin qabiliyyətini və təcrübəsini yüksək qiymətləndirmişdir.