SİYASƏT
BAKIDA SƏRHƏD XİDMƏTLƏRİ RƏHBƏRLƏRİNİN İCLASI KEÇİRİLƏCƏKDİR
Sentyabrın 16-17-də Bakıda Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans çərçivəsində sərhəd xidmətləri rəhbərlərindən ibarət işçi qrupun iclası keçiriləcəkdir.
Azərbaycan Dövlət Sərhəd Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Almaniya, Bolqarıstan, Estoniya, Finlandiya, Gürcüstan, Latviya, Litva, Macarıstan, Rumıniya, Rusiya, Slovakiya və Türkiyənin sərhəd xidmətləri rəhbərlərinin iştirakı ilə keçiriləcək iclasda mütəşəkkil transsərhəd cinayətkarlığa qarşı mübarizə, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın işinin təkmilləşdirilməsi, konfransın işçi qruplarının gələcək fəaliyyətinə dair məsələlər müzakirə ediləcəkdir.