BAKIDA ÜMUMDÜNYA QAN DONORU GÜNÜ QEYD OLUNMUŞDUR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində 14 iyun - Ümümdünya Qan Donoru gününə həsr olunmuş dəyirmi masa və “Qan donorluğu: problemləri və onların həlli yolları” mövzusunda seminar keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirlərin keçirilməsində əsas məqsəd donorluğun təbliğatı və bu istiqamətdə maarifləndirmə işlərinin daha geniş miqyasda aparılmasına diqqəti cəlb etməkdir.
Tədbirlərdə vurğulanmışdır ki, könüllü, təmənnasız donorlar təhlükəsiz qan təminatının əsasını təşkil edir və donor qanı unikal, əvəzedilməz müalicə vasitəsidir.
“Azərbaycanda qan donorluğu və qan xidməti”, “HİV infeksiyasının yayılmasında donor qanının təhlükəsizliyinin rolu”, “Könüllü, təmənnasız donorların cəlb olunması” və digər mövzularda məruzələr dinlənilmişdir.
Qan Donoru gününün qeyd edilməsinə 2005-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasında qəbul edilən könüllü qan donorluğunu dəstəkləyən bəyanatda qərar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]