İDMAN
Bakının “İnter” futbol klubu beynəlxalq turnirdə iştirak edəcəkdir
Bakı, 24 dekabr (AZƏRTAC). Yanvarın 4-6-da Rusiyanın Voronej şəhərində tanınmış futbolçu Andrey Likontsevin xatirəsinə həsr olunmuş uşaqlar arasında futbol turniri keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, turnirdə Rusiya, Ukrayna və Belarusun U-10 komandaları və klublar mübarizə aparacaqlar. Həmin turnirdə Azərbaycanı “İnter” klubunun Uşaq-Gənclər Futbol Məktəbinin “İnter” və “Şəfa” komandaları təmsil edəcəklər.
“Şəfa” komandası A qrupunda “Metallist” (Ukrayna), “Salyut” (Rusiya), “Futbol Akademiyası” (Rusiya) və “Strela” (Rusiya) komandaları ilə mübarizə aparacaqdır. B qrupunda çıxış edəcək “İnter” isə “FK Minsk” (Belarus), “Fakel” (Rusiya), “Lokomotiv” (Rusiya), “Kristal” (Rusiya), “Metallurq-Oskol” (Rusiya) komandaları ilə üz-üzə gələcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.06.2024 [21:08]
Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb
- 27.06.2024 [20:20]
Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb
- 27.06.2024 [18:48]
Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb
- 27.06.2024 [17:43]
Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi
- 27.06.2024 [16:23]
“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib
- 27.06.2024 [15:16]