İDMAN
Bakının “Lokomotiv” voleybol komandası Çellenc kuboku yarışlarında Xorvatiyanın “ZOK Split” klubu ilə qarşılaşacaqdır
Bakı, 26 dekabr (AZƏRTAC). Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol klubunun Çellenc kuboku yarışlarının onaltıdabir finalında Xorvatiyanın “ZOK Split” komandası ilə görüşlərinin vaxtı müəyyənləşmişdir.
AZƏRTAC xəbər verir ki, “Lokomotiv” ilk oyununa yanvarın 11-də səfərdə çıxacaqdır. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaqdır.
Komandalar arasında cavab oyunu yanvarın 18-də keçiriləcəkdir. Bakı İdman Sarayında təşkil olunacaq görüş saat 18:00-da başlayacaqdır.
Qeyd edək ki, “Lokomotiv” turnirin ikinci təsnifat mərhələsində Macarıstanın “Vaşaş” klubunu mübarizədən kənarlaşdırmışdı. “ZOK Split” isə CEV kuboku yarışlarında Krasnodar “Dinamo”suna uduzmuş və aşağı diviziona düşmüşdü.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.06.2024 [21:08]
Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb
- 27.06.2024 [20:20]
Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb
- 27.06.2024 [18:48]
Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb
- 27.06.2024 [17:43]
Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi
- 27.06.2024 [16:23]
“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib
- 27.06.2024 [15:16]