Azərbaycan Dövlət İnformasiya Agentliyi

BALAKƏNİN MƏRKƏZİNDƏ 72 METR YÜKSƏKLİKDƏ ÜÇRƏNGLİ AZƏRBAYCAN BAYRAĞI DALĞALANIR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi Balakən rayonunun tarixinə, ulu öndərin xatirəsini daim uca tutan balakənlilərin yaddaşına həmişəlik həkk olunacaqdır.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, mayın 7-də, ümummilli liderimizin doğum günü ərəfəsində Balakən şəhərinin mərkəzində üçrəngli Azərbaycanın dövlət bayrağının qaldırılmasına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Mərasimdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Milli Məclisin deputatları Yaqub Mahmudov, Rəbiyyət Aslanova, Dünyamin Xəlilov və digər qonaqlar, habelə rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Mərasimi açan rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə respublikanın hər yerində olduğu kimi, Balakəndə də silsilə bayram tədbirlərinin həyata keçirildiyini, ulu öndərin əziz xatirəsinin ehtiramla yad edildiyini xüsusi vurğulamışdır. Ümummilli liderimizin doğum günü ərəfəsində Balakən şəhərinin mərkəzində Azərbaycanın dövlət bayrağının 72 metr yüksəkliyə qaldırılmasının rayonun ictimai-siyasi və mədəni həyatında çox əlamətdar hadisə olduğunu bildirən icra hakimiyyətinin başçısı milli bayrağımızın ikinci dəfə həyata qaytarılmasında ulu öndərimizin tarixi xidmətlərini xüsusi qeyd etmişdir. Bildirmişdir ki, məhz ümummilli liderimizin qətiyyəti sayəsində üçrəngli milli bayrağımız Azərbaycanın dövlət rəmzlərindən birinə çevrilmişdir.

Mərasim iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən Milli Məclisin deputatı Rəbiyyət Aslanova əmin-amanlıq, rifah və səadət dolu günlərə görə xalqımızın yalnız bir insana - Azərbaycan tarixində misilsiz yeri olan ümummilli liderimiz Heydər Əliyevə borclu olduğunu xüsusi vurğulamışdır. Natiq Prezident İlham Əliyevin 2006-cı ilin aprelində Balakənə tarixi səfərindən sonra rayonda baş verən müsbət dəyişikliklərdən danışmış, aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinin, yeni iş yerlərinin açılması istiqamətində görülən tədbirlərin hər bir balakənlinin ürəyincə olduğunu xüsusi vurğulamışdır.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ümummilli liderimizin doğum günü ərəfəsində Balakəndə olmağından, bayram sevincini balakənlilərlə bölüşməyindən məmnunluq və şərəf duyduğunu bildirmiş, rayon sakinlərinə səmimi salamlarını çatdırmışdır.

Əli Həsənov bildirmişdir ki, Balakən Azərbaycanın, eləcə də Cənubi Qafqazın elə bir bölgəsidir ki, burada insanlar üçün, cəmiyyət üçün gərəkli hər şey vardır. Balakənlilər bu gözəl diyarda xoşbəxt həyat sürür, yaşayır, yaradır, inkişaf edirlər. Çox sevindirici haldır ki, rayonda aparılan quruculuq işlərinə sakinlər böyük həvəslə, kifayət qədər nikbin əhval-ruhiyyə ilə girişmişlər və biz bunu ürəkdən alqışlayırıq.

Balakənin adi bir rayon deyil, həm də ölkəmizin şimal-qərb sərhədi olduğunu qeyd edən Prezidentin İcra Aparatının şöbə müdiri Azərbaycan dövlətinin qərb dayaqlarının məhz bu rayondan başlandığını, dövlətçiliyimizin, milli maraqlarımızın qorunmasının bütün təzahürlərinin bu sərhəd rayonunda cəmləşdiyini xüsusi vurğulamışdır.

Ümummilli liderimiz Heydər Əliyevin Balakən rayonuna həmişə xüsusi diqqət yetirdiyini, qayğı göstərdiyini bildirən Ə.Həsənov hələ sovet hakimiyyəti dövründə Azərbaycanın imkanlarından geniş istifadə olunaraq, bu rayonda insanların məşğuliyyəti üçün yeni emal müəssisələrinin yaradılmasının, yeni məktəb binalarının, səhiyyə obyektlərinin, mədəniyyət ocaqlarının tikintisinin Azərbaycanın digər rayonlarına nisbətən daha sürətlə və diqqətlə həyata keçirildiyini xüsusi vurğulamışdır.

Natiq bildirmişdir ki, ümummilli liderimizin ötən əsrin 80-ci illərində Ümumittifaq büdcəsinə Yevlax-Balakən dəmir yolu xəttinin tikintisinin saldırılması uğrunda ortaya qoyduğu mücadilə o zaman çoxlarını narahat edirdi. İttifaq rəhbərliyi Balakən rayonuna çəkiləcək dəmir yolunun xərclərinin neçə illərdən, daha doğrusu neçə yüzillərdən sonra ödəniləcək sualını ulu öndər Heydər Əliyevin qarşısına tez-tez qoyurdu. Amma ümummilli liderimizin təkidi ilə dəmir yolunun çəkilməsi üçün lazım olan vəsait ayrıldı və yolun çəkilişinə başlanıldı. O zaman Balakəndən dəmir yolu ilə daşınacaq yüklər çox az idi və bunu əsaslandırmaq çox çətin idi. Amma Azərbaycanın gələcəyini, müstəqilliyini əvvəlcədən görən bir lider üçün nəyin daşınması önəmli deyildi. Əsas məqsəd bu bölgənin Bakı şəhəri ilə, Azərbaycanın digər regionları ilə bağlılığını təmin etmək idi.

Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Ə.Həsənov bu bölgənin, xüsusilə də Balakən rayonunun dövlət başçısının daim diqqət mərkəzində olduğunu, regionun iqtisadi inkişafı üçün ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd etmişdir. Natiq bildirmişdir ki, burada görülən işlər təkcə rayon üçün deyil, həm də ölkəmiz üçün çox əhəmiyyətlidir. Balakən rayonu Azərbaycanın, eləcə də Cənubi Qafqazın elə bir guşəsində yerləşir ki, burada görülən işlər həm də Azərbaycanın qüdrətini nümayiş etdirir. Bu rayona Dağıstandan, Gürcüstandan, həm də digər bölgələrdən çoxlu insan gəlir. Onlar bu rayonda görülən işlərə baxaraq, Azərbaycanın ümumi vəziyyətinə qiymət verirlər.

Çıxışının sonunda Ə.Həsənov demişdir: Əminəm ki, ümummilli liderimizin arzusu olan inkişaf etmiş və inkişaf etməli olan Balakən bu gün Azərbaycan Prezidentinin regionların sosial-iqtisadi inkişafına yönəldilmiş siyasətinin çərçivəsində daha da tərəqqi edəcəkdir.

Sonra Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Milli Məclisin deputatları Yaqub Mahmudov, Rəbiyyət Aslanova, Dünyamin Xəlilov və rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov Azərbaycanın dövlət bayrağını yüksəkliklərə qaldıracaq qurğunun düyməsini basmış və üçrəngli milli bayrağımız Azərbaycanın dövlət himninin sədaları altında, mərasim iştirakçılarının alqış sədaları altında 72 metr yüksəkliyə qalxmışdır. Bayrağın eni 8, uzunluğu isə 14 metrdir. Bayraq dirəyinin diametri 1,5 metrdir. Bayraq küləyin istiqamətinə uyğun olaraq 360 dərəcə fırlanır. Azərbaycanda ən yüksəkdə dalğalanan bu bayraq Dövlət Neft Şirkətinin vəsaiti ilə Türkiyənin “Çepaş A-Ş” şirkəti tərəfindən hazırlanmış və qaldırılmışdır.

Daha sonra qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək, dağüstü hissədə ulu öndərimizin xatirəsinə ucaldılmış möhtəşəm abidə-kompleksi ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub