Banqladeşdə parlament seçkilərində hakim koalisiya qalib gəlib
Bakı, 31 dekabr, AZƏRTAC
Banqladeşdə 11-ci dəfə keçirilən parlament seçkilərində “Avami” liqasının başçılıq etdiyi “Böyük Alyans” koalisiyası inamlı qələbə qazanıb.
AZƏRTAC Banqladeş KİV-lərinə istinadla xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının elan etdiyi ilkin nəticələrə əsasən “Avami” liqasının prezidenti və hazırkı Baş nazir xanım Şeyx Həsinənin rəhbərlik etdiyi “Böyük Alyans” koalisiyası 300 yerlik parlamentdə 288 deputat yeri qazanıb. Həmin yerlərin 259-u “Avami” liqasının payına düşür. Beləliklə, Şeyx Həsinə hökumətə ümumilikdə dördüncü, ardıcıl olaraq isə üçüncü dəfə başcılıq etmək imkanı qazanıb.
Əsas müxalif qüvvə olan “Milli vahid cəbhə” bloku qanunverici orqanda 7 yer, müstəqil namizədlər isə 3 yer qazanıb.
Qeyd edək ki, dekabrın 30-da Banqladeşdə federal parlamentə və yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə 39 siyasi partiya və 1846 namizəd mübarizə aparıb. Yüz milyondan çox vətəndaşın səs verdiyi seçki günü asayişi hüquq-mühafizə orqanlarının 600 min əməkdaşı qoruyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]