“Barselona”nın futbolçusu Dani Alves yeni rekorda imza atıb
Bakı, 6 yanvar, AZƏRTAC
“Barselona”nın futbolçusu Dani Alves yeni rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, o, buna İspaniya kubokunun 1/16 final mərhələsində “Linares”lə matçda (2:1) iştirak edərək nail olub. Braziliyalı müdafiəçi görüşdə start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. Otuz səkkiz yaş 244 günlüyündə olan Dani Kataloniya təmsilçisində rəsmi matçda oynayan ən yaşlı oyunçu olub.
Klubun əvvəlki rekordçusu qapıçı Xose Pinto olub. O, "Barselona"nın heyətində son matçını 38 yaş 190 günlüyündə keçirib.
Xatırladaq ki, Alves 2008-2016-cı illərdə də Kataloniya klubunda çıxış edib. Onun "Barselona" ilə hazırkı müqaviləsi bu mövsümün sonunadəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]
Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək
- 13.10.2026 [10:28]
Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı
- 13.10.2026 [10:09]