BAYKAL GÖLÜNÜN SUYU PLANETİN TEMPERATURUNDAN ÜÇ DƏFƏ SÜRƏTLƏ QIZIR
AZƏRTAC xəbər verir ki, son 50 ildə Baykal gölünün suyu planetdə havanın temperaturundan 3 dəfə sürətlə qızmışdır. ABŞ və Rusiya alimlərinin apardıqları ikiillik tədqiqatların nəticələri göstərir ki, bu, dünyanın ən iri şirin sulu gölünün nadir heyvan və bitki aləminə təsir etməyə bilməz. “Dünyanın ən iri şirin sulu gölündə 60 ildə baş verən ekoloji dəyişikliklər” adlanan tədqiat əsəri “Global Change Biology” elmi jurnalının may nömrəsində dərc ediləcəkdir.
Alimlər müəyyən etmişlər ki, 1946-cı ildən göldə suyun temperaturu Selsi cədvəli ilə 1,21 dərəcə, heyvanların sayı 335 faiz artmışdır. Baykalın suyunun istiləşməsi göstərir ki, iqlim dəyişiklikləri planetin ən ucqar guşələrinə də təsir göstərir. İndiyədək hesab olunurdu ki, həcminin böyük olması və nadir su dövranı Baykalın iqlim dəyişikliklərinə müqavimətini artırır.
Baykal gölü nadir bioloji müxtəlifliyinə görə 1996-cı ildə YUNESKO-nun “Dünya irsi”nə daxil edilmişdir. Göldə 2500-dən çox bitki və heyvan növü yaşayır ki, onların əksəriyyətinə, o cümlədən dünyada yeganə şirin suda yaşayan dəniz pişiyinə planetin heç yerində rast gəlinmir. Yerin şirin su ehtiyatının 20 faizi bu ən dərin və 25 milyon yaşı olan qədim gölün payına düşür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [13:16]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
- 07.06.2026 [12:21]
Kayseridə güclü yağış və dolu həyatı iflic edib
- 07.06.2026 [11:44]
Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]