BDU-nun Tələbə Gənclər Təşkilatının üzvləri təltif olunublar
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər İttifaqının təşkilatçılığı ilə “Şuşa tələbələrin gözü ilə” adlı layihə üzrə yaradıcılıq müsabiqəsi keçirilib.
Bakı Dövlət Universitetindən (BDU) AZƏRTAC-a bildiriblər ki, BDU-nun Tələbə Gənclər Təşkilatının üzvləri Ələkbər Bafadarov, Nahid Xəlilov və Nigar Rəhimli müsabiqənin “Ən yaxşı məqalə” və “Ən yaxşı müraciət məktubu” nominasiyaları üzrə uğur qazanıblar. Onlara plaket təqdim olunub.