BDU tələbələri beynəlxalq məhkəmə müsabiqəsində hüquqi mövqelərini müdafiə ediblər
Bakı, 11 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin(BDU) Hüquq fakültəsinin IV kurs tələbələri Kamil Abdullazadə, Nəzrin Sadıqova, Fatimə Məmmədova və Fazil Vəlizadə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən “Helga Pedersen Moot Court Competition” beynəlxalq məhkəmə müsabiqəsində iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, müxtəlif ölkələrdən Hüquq fakültələri tələbələrini bir araya gətirən müsabiqə insan hüquqları sahəsində Avropanın ən nüfuzlu tələbə məhkəmə simulyasiya yarışlarından biri hesab olunur.
Akademik proqram zamanı tələbələr insan hüquqlarının aktual məsələlərinə həsr olunmuş müzakirələrdə və ekspert çıxışlarında iştirak ediblər.
Müsabiqənin əsas mərhələləri olan şifahi çıxışlarda (oral pleadings) komandalar insan hüquqları ilə bağlı hipotetik məhkəmə işi üzrə tərəflərin mövqelərini müdafiə edərək hüquqi arqumentlərini irəli sürüblər.
BDU-nun Hüquq fakültəsinin komandası çıxışlarını Afina Apellyasiya Məhkəməsində keçirib və beynəlxalq münsiflər heyəti qarşısında öz hüquqi mövqelərini müdafiə ediblər.
Müsabiqədə iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]