İDMAN
Belarus Milli Olimpiya Komitəsi: Media kəndində jurnalistlər üçün yüksək səviyyəli şərait yaradılıb
![Belarus Milli Olimpiya Komitəsi: Media kəndində jurnalistlər üçün yüksək səviyyəli şərait yaradılıb](/files/2015/2/1200x630/14339528805177459181_1200x630.jpg)
Bakı, 10 iyun, AZƏRTAC
Belarus Milli Olimpiya Komitəsinin rəsmi internet səhifəsində birinci Avropa Oyunlarında KİV nümayəndələri üçün nəzərdə tutulmuş media kəndi haqqında geniş məqalə yayılıb.
AZƏRTAC xəbər verir ki, məqalədə birinci Avropa Oyunlarının işıqlandırılması üçün jurnalistlərə yüksək səviyyədə şəraitin yaradıldığı qeyd olunur.
Məqalədə birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə istinadən bildirilir ki, bu Oyunlar üç minə yaxın jurnalist tərəfindən işıqlandırılacaq, 50 teleradio şirkəti isə yarışları bütün dünyaya yayımlayacaq. Müəllif yazır: “Dünyanın hər yerindən jurnalistlər artıq media kəndinə gəlməyə başlayıblar. Media kəndində işləmək üçün hər cür şərait yaradılıb. Orada iş otaqları, istirahət zonaları, kafe, mağaza fəaliyyət göstərir. Media kəndindən beş dəqiqə piyada getməklə qarışıq zonaya çıxmaq olar. Orada öncədən əldə olunmuş razılığa əsasən, idmançılarla müsahibə təşkil etmək mümkündür. Bu zonaya həm jurnalistlər, həm də komandaların üzvləri maneəsiz daxil ola bilərlər. Mətbuat üçün internet pulsuzdur”.
Media kəndini əks etdirən çoxlu sayda fotoşəkillərin də yerləşdirildiyi məqalədə birinci Avropa Oyunlarının işıqlandırılması üçün akkreditasiyadan keçmiş Belarus KİV-lərinin geniş siyahısı dərc olunub.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
http://www.noc.by/articles/item/2916-baku-2015-osveshchat-evroigry-budut-okolo-3000-zhurnalistov