İDMAN
Belarus velosipedçisi: Avropa Oyunları London Olimpiadasına bənzəyir
![Belarus velosipedçisi: Avropa Oyunları London Olimpiadasına bənzəyir](/files/2015/2/1200x630/14350616171865726243_1200x630.jpg)
Bakı, 23 iyun, AZƏRTAC
Birinci Avropa Oyunlarının qalibi, Belarus velosipedçisi Alyona Omelyusik bu mötəbər idman tədbirinin təşkilatçılığını yüksək dəyərləndirib.
AZƏRTAC xəbər verir ki, artıq Belarusa qayıdan idmançı http://flynews24.ru saytına verdiyi müsahibədə Bakıda qazandığı qızıl medalın onun üçün çox dəyərli olduğunu qeyd edərək deyib: “Bu qələbə ilk dəfə təşkil olunan yarışlarda qazanıldığına görə mənim üçün çox dəyərlidir”.
Avropa Oyunlarının təşkilatçılığı barədə sualı cavablandıran A.Omelyusik bu yarışları London Olimpiadası ilə müqayisə edib: “Avropa Oyunları London Olimpiadasına bənzəyir. İnfrastruktur, yarışların və idman obyektlərinin səviyyəsi, o cümlədən azarkeşlərin marağı Böyük Britaniyada olduğu kimidir. Doğrudur, məşqlərə və yarışlara vaxtımız çox getdiyindən Bakını gəzmək imkanımız çox olmadı. Amma gördüklərimizə əsasən deyə bilərəm ki, Şərq və Qərb elementlərinin sintezindən ibarət arxitekturaya malik bu şəhər Qətərə bənzəyir”.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: