İDMAN
Belarusun “tvr.by” portalı birinci Avropa Oyunlarının əhəmiyyətindən bəhs edib
![Belarusun “tvr.by” portalı birinci Avropa Oyunlarının əhəmiyyətindən bəhs edib](/files/2015/2/1200x630/1433840253853259062_1200x630.jpg)
Bakı, 9 iyun, AZƏRTAC"
Belarusun “tvr.by” informasiya portalında “Bakı-2015” birinci Avropa Oyunları haqqında yazı dərc olunub.
AZƏRTAC xəbər verir ki, yazıda 6 mindən artıq atletin idmanın 20 növü üzrə mübarizə aparacağı Oyunlarda Belarusun 150 nəfərlik heyətlə təmsil olunacağı qeyd edilir. Bildirilib ki, bu ölkənin nümayəndə heyətinin ilk qrupu iyunun 10-da Bakıya gələcək və İdman Sarayında yolasalma mərasimi keçiriləcək.
Yazıda birinci Avropa Oyunlarının “Rio-2016” Yay Olimpiadasına hazırlıq baxımından mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.02.2016 [16:52]
“İnter” klubu UEFA-nın cəriməsini ödəyib
- 05.01.2016 [12:35]