BƏLƏDİYYƏ SOSİAL PROBLEMLƏRƏ QAYĞI GÖSTƏRİR
Tərtər rayonundakı Qəzyan bələdiyyəsi kənddə elektrik xətlərinin bərpasını başa çatdırmış, üç yeni transformator quraşdırmışdır. Bu da kəndin enerji ilə fasiləsiz təminatına imkan yaratmışdır.
Bələdiyyənin daxili imkanları hesabına kənd orta məktəbi, uşaq bağçası əsaslı təmir olunmuş, kəndarası yollar qaydaya salınmışdır.