Azərbaycan Dövlət İnformasiya Agentliyi

Benedetto Zakkiroli: Bakı qlobal dialoq üçün məkan yaratmağı bacaran şəhərə çevrilir - MÜSAHİBƏ

Benedetto Zakkiroli: Bakı qlobal dialoq üçün məkan yaratmağı bacaran şəhərə çevrilir - MÜSAHİBƏ

Bakı, 15 may, AZƏRTAC

Azərbaycanın qlobal şəhərsalma və dayanıqlı inkişaf gündəliyində rolu getdikcə güclənir. Bakının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməsi ölkənin beynəlxalq urbanizasiya siyasətində artan nüfuzunun, müasir şəhər idarəçiliyi və inklüziv inkişaf sahəsində həyata keçirdiyi təşəbbüslərin göstəricisi kimi qiymətləndirilir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, yaşıl texnologiyalar və rəqəmsal idarəetmə yanaşmaları Azərbaycanın urban inkişaf modelinə beynəlxalq marağı artırır.

UNESCO-nun İnklüziv və Dayanıqlı Şəhərlər üzrə Beynəlxalq Koalisiyasının (ICCAR) sədri, Avropa Şəhərlərinin İrqçiliyə Qarşı Koalisiyasının (ECCAR) prezidenti Benedetto Zakkiroli AZƏRTAC-a müsahibəsində WUF13-ün Bakıda keçirilməsinin əhəmiyyəti, Azərbaycanın şəhərsalma siyasətinin beynəlxalq perspektivləri, inklüziv urban inkişaf modeli və qlobal şəhər anlayışının gələcəyi ilə bağlı fikirlərini bölüşüb. Müsahibəni təqdim edirik.

- Azərbaycanın qlobal şəhərsalma gündəliyində rolunun getdikcə artdığı bir dövrdə WUF13-ün məhz Bakıda keçirilməsini necə qiymətləndirirsiniz? Sizcə, WUF13-ün Bakıda təşkil olunması barədə qərar Azərbaycanın son illərdə həyata keçirdiyi müasir şəhərsalma, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq siyasətinə verilən etimadın göstəricisi hesab oluna bilərmi?

- WUF13-ün Bakıda keçirilməsi qərarı bir neçə baxımdan tam məntiqli görünür. Azərbaycan artıq irimiqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində özünü sübut edib. Xüsusilə COP29 zamanı nümayiş etdirilən logistika imkanları, institusional koordinasiya və mürəkkəb beynəlxalq prosesləri idarəetmə bacarığı bunu açıq şəkildə göstərdi. Təbii ki, bu potensial təsadüfi şəkildə formalaşmayıb. Lakin mənim daha vacib hesab etdiyim məqam başqa bir tərəflə bağlıdır. Azərbaycan bu gün yalnız tədbirlərə ev sahibliyi edən ölkə kimi deyil, eyni zamanda, “dinləməyi bacaran tərəf” kimi də beynəlxalq nüfuz qazanır. Bu prosesdə Prezident İlham Əliyev tərəfindən nümayiş etdirilən aydın və ardıcıl strateji baxış mühüm rol oynayır.

Eyni zamanda, Azərbaycan özünü qlobal dialoq platforması kimi formalaşdırıb - müxtəlif baxışların, fərqli ideyaların və maraqların qarşılaşdığı bir məkan kimi. Burada söhbət yalnız fiziki məkan təqdim etməkdən getmir. Əsas məsələ həmin mühit daxilində real dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq üçün şərait yaradılmasıdır.

Bu gün bu, xüsusilə önəmlidir. Çünki bir çox beynəlxalq forumlar getdikcə qarşılıqlı dialoqdan çox paralel monoloqlara çevrilmək riski ilə üz-üzə qalır. Məncə, WUF13-ün Bakıda keçirilməsi həm şəhər inkişafı məsələlərinin tək bir perspektivdən həll edilə bilməyəcəyinin, həm də ev sahibi ölkənin ən mühüm rolunun məhz səmimi və açıq dialoq üçün şərait yaratmaq olduğunun qəbul edildiyini göstərir. Azərbaycanın bu yanaşmanı dərindən anladığı görünür. Məhz buna görə də Bakı bu Forum üçün təkcə təşkilati baxımdan deyil, həm də məzmun və strateji yanaşma baxımından doğru seçim təsiri bağışlayır.

- Azərbaycan işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq etməklə faktiki olaraq sıfırdan yeni urban inkişaf modeli formalaşdırır. Sizcə, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bu yanaşma gələcəkdə beynəlxalq şəhərsalma platformalarında nümunə kimi təqdim oluna bilərmi?

-Sıfırdan yenidənqurma həm böyük imkan, həm də ciddi məsuliyyət deməkdir. Münaqişədən sonra ərazilərin bərpası zamanı əvvəlki infrastrukturun yaratdığı məhdudiyyətlər və mürəkkəbliklər aradan qalxır. Bu isə öz növbəsində innovativ yanaşmalar üçün geniş imkanlar açır. Xüsusilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi belə mühitləri şəhərsalma baxımından sanki bir laboratoriyaya çevirir.

Bununla belə, əsas prinsip dəyişmir: insanlar ilə birlikdə qurulmayan şəhər, insanlar üçün də qurula bilməz. Nə qədər inkişaf etmiş texnoloji model və planlaşdırma olsa da, əgər icmalar prosesin başlanğıcından bu yanaşmaya daxil edilmirsə, nəticə dayanıqlı olmur. İnklüzivlik sonradan əlavə edilən bir komponent deyil, o, dayanıqlı şəhər inkişafının təməl şərtidir.

Bu yanaşma konkret bir tənqid kimi deyil, ümumilikdə qlobal şəhərsalma təcrübələrinin uzun illər ərzində formalaşdırdığı əsas dərslərdən biri kimi qəbul edilməlidir. Bu dərslər çox vaxt çətin və ağrılı təcrübələr nəticəsində əldə olunub.

Əgər bu ərazilərdə tətbiq olunan yanaşma texnoloji ambisiyanı real ictimai iştirak və uzunmüddətli sosial dayanıqlılıqla birləşdirə bilsə, bu, beynəlxalq urbanizasiya üçün mühüm istinad nöqtəsinə çevrilə bilər. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası məhz belə müzakirələrin aparıldığı, müxtəlif modellərin qlobal təcrübə ilə müqayisə edildiyi və dialoq vasitəsilə inkişaf etdirildiyi bir platformadır. Bu cür forumların əsas dəyəri də elə budur.

- Bu gün dünyada şəhərlər yalnız iqtisadi mərkəz deyil, eyni zamanda, diplomatik, humanitar və texnoloji platformalara çevrilir. Bakı son illərdə COP, beynəlxalq forumlar və indi də WUF13 kimi tədbirlərə ev sahibliyi etməklə özünü necə bir qlobal şəhər modeli kimi təqdim edir?

- Şəhərlər artıq yalnız iqtisadi inkişafın mühərriki kimi deyil, daha geniş və çoxşaxəli bir rol oynamağa başlayır. Onlar diplomatiyanın qeyri-rəsmi şəkildə həyata keçirildiyi, humanitar cavab mexanizmlərinin koordinasiya olunduğu və texnoloji gələcəyin gündəlik həyat səviyyəsində sınaqdan keçirildiyi mərkəzlərə çevrilir. Bakı bu reallığı anlayan və bunu ardıcıl şəkildə tətbiq edən şəhərlərdən biridir. Bunu şəxsi təcrübəmə əsaslanaraq da qeyd edə bilərəm. Bir neçə ildir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaxın dostu kimi Qlobal Bakı forumlarında iştirak edirəm və hər dəfə məni heyrətləndirən yalnız tədbirin miqyası deyil. Daha çox diqqətimi çəkən Azərbaycanın müxtəlif “körpülər” qurmağa sərf etdiyi sistemli səydir - mədəniyyətlər, nəsillər və dünyanın müxtəlif regionları arasında, bir-birini dinləmək imkanlarının məhdud olduğu tərəflər arasında. Bu yanaşma təsadüfi deyil, əksinə, ardıcıl və strukturlaşdırılmış bir strategiyanın nəticəsidir.

Bu, həm də UNESCO çərçivəsində fəaliyyət göstərdiyimiz İnklüziv və Dayanıqlı Şəhərlər üzrə Beynəlxalq Koalisiyanın yanaşması ilə sıx səsləşir. Mən bu quruma sədrlik etmək şərəfinə malikəm. Əsas prinsiplərdən biri budur ki, müxtəlif nəsillərin birlikdə yaşadığı şəhərlər məhz həmin nəsillərlə birlikdə planlaşdırılmalı və idarə olunmalıdır. Nəsillərarası və mədəniyyətlərarası dialoq şəhər siyasətinə sonradan əlavə edilən formal element deyil, əksinə, onun dayanıqlılığını və inklüzivliyini təmin edən əsas təməldir.

Bakı həm Qlobal forumlar, həm Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, həm də WUF13 vasitəsilə göstərir ki, bu yanaşma artıq nəzəri çərçivədən çıxaraq praktikaya çevrilə bilir. Məncə, qlobal şəhər anlayışına verilən ən mühüm töhfələrdən biri də məhz budur.

- Süni intellekt, rəqəmsal idarəetmə və yaşıl texnologiyaların sürətlə inkişaf etdiyi bir mərhələdə Azərbaycanın şəhərsalma siyasətində müşahidə olunan yenilikləri necə qiymətləndirirsiniz? Sizcə, Bakı və Azərbaycanın digər şəhərlərinin transformasiyası regionda yeni urban inkişaf standartları formalaşdırırmı?

- Süni intellekt, rəqəmsal idarəetmə və yaşıl texnologiyalar şəhərlərin necə işlədiyini və necə idarə olunduğunu köklü şəkildə dəyişdirir. Bu, artıq danılmaz bir reallıqdır və Azərbaycanın bu istiqamətlərə yatırımları da həm görünən, həm də əhəmiyyətlidir.

Lakin mən ICCAR və ECCAR çərçivəsində fəaliyyətimdən çıxış edərək burada daha fundamental bir sualı ön plana çıxarmaq istərdim: inklüzivlik kimlər üçündür?

Texnologiya məqsəd deyil, vasitədir. Şəhərsalmada hər hansı yeniliyi dəyərləndirərkən əsas meyar onun mövcud bərabərsizlikləri - istər xidmətlərə çıxışda, istər şəhər idarəetməsində, istərsə də qərarvermə proseslərində azaldıb-azaltmamasıdır. Rəqəmsal idarəetmə düzgün tətbiq olunduqda, əvvəllər sistemdən kənarda qalan icmalar üçün güclü bir inklüzivlik alətinə çevrilə bilər. Eyni zamanda, əgər rəqəmsal çıxış, bacarıqlar və təmsilçilik nəzərə alınmadan qurularsa, yeni bir istisna forması da yarada bilər.

Araşdırmalar getdikcə daha aydın göstərir ki, inklüziv şəhərlər həm də ən cəlbedici şəhərlərdir. İnsanlar və istedadlar daha yaxşı yaşaya bildikləri, özlərini ifadə edə bildikləri və müxtəlifliyin idarə olunmalı problem deyil, davamlı bir resurs kimi qəbul edildiyi şəhərlərə daha çox yönəlir və orada daha uzun müddət qalırlar. Bu gün şəhərin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən biri məhz yaşayış keyfiyyətidir.

Bu yanaşma ilə formalaşan şəhər isə mahiyyət etibarilə plüral bir icma deməkdir - hər kəsin özünü tam ifadə edə bildiyi və fərqliliyin təhlükə deyil, şəhər həyatının təməli kimi qəbul olunduğu bir mühit.

Azərbaycanda və ya dünyanın hər bir yerində şəhər transformasiyasını təkcə texnoloji inkişaf səviyyəsinə görə deyil, həm də orada yaşayan bütün insanlar üçün və onlarla birlikdə dizayn olunub-olunmamasına görə qiymətləndirmək lazımdır.

- WUF13 çərçivəsində dünyanın müxtəlif ölkələrindən gələcək ekspertlər və qərarvericilər Azərbaycanın urban inkişaf təcrübəsi ilə yaxından tanış olacaqlar. Sizcə, forum Azərbaycanın beynəlxalq imicinə, xüsusilə də müasir, dayanıqlı və gələcəyə hesablanmış dövlət modeli kimi təqdim olunmasına hansı töhfəni verə bilər?

- Beynəlxalq forumların ölkənin imicinə töhfə verdiyi şübhəsizdir. Lakin məncə, daha vacib və maraqlı sual əks istiqamətdədir: bir ölkə belə forumların özünə və onların təmsil etdiyi qlobal müzakirəyə nə əlavə edə bilir? Azərbaycan nümunəsində bu suala verilən cavab kifayət qədər əhəmiyyətlidir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaxın dostu kimi illərdir Qlobal Bakı Forumunda müşahidə etdiyim əsas məqamlardan biri budur ki, Azərbaycan bu tədbirlərə ayrı-ayrı hadisələr kimi deyil, bir-birini tamamlayan davamlı proseslər kimi yanaşır. Məsələn, COP29 zamanı müəyyənləşdirilən istiqamətlərə bağlılıq bu gün də hiss olunur. Bakıda müzakirə edilən, razılaşdırılan və vəd olunan məsələlərin sonrakı dövrdə də davam etdirilməsi görünür. Bu isə avtomatik baş verən bir proses deyil. Bir çox ölkələr böyük tədbirlərə ev sahibliyi etdikdən sonra gündəlik fəaliyyət ritminə qayıdır. Görünən odur ki, Azərbaycan ev sahibliyinin prosesin sonu deyil, başlanğıcı olduğunu anlayır. Mən düşünürəm ki, eyni yanaşma WUF13 üçün də keçərli olacaq və buna inanmaq üçün kifayət qədər əsas var.

Şəhərlərin bir araya gəlib birlikdə düşünə bildiyi məkanlara ehtiyacı var. Amma onların daha dərin ehtiyacı yalnız infrastruktur, texnologiya və iqtisadiyyat barədə danışmaq deyil. Burada daha fundamental bir məsələ mövcuddur: şəhərlərin ruhu və onların daxilində formalaşan birgəyaşayış keyfiyyəti. Mən elə bir mədəni mühitdən gəlirəm ki, burada insanların gündəlik qarşılıqlı münasibət qurduğu ictimai məkan həm düşüncə tərzini, həm də cəmiyyətin davranış modelini formalaşdırır. Təsadüfi deyil ki, dünyanın müxtəlif yerlərindən insanlar İtaliya şəhərlərində və kəndlərində xüsusi bir gözəllik hiss edirlər. Bu, yalnız memarlıq məsələsi deyil, əsrlər boyu formalaşmış birgəyaşayış mədəniyyətidir. Bu, sadəcə infrastruktur deyil, sivilizasiyadır.

Mənim üçün bu baxış həm mənəvi, həm də siyasi məna daşıyır. Yaşadığımız əsrdə biz birlikdə insan olmağın nə demək olduğunu yenidən dərk etməliyik. Əks halda, texnoloji baxımdan mükəmməl, amma insani ölçüsünü itirmiş şəhərlər qurmaq riski ilə üz-üzə qala bilərik. İnsan yalnız maddi deyil, həm də ruhi varlıqdır. Buna görə də biz müharibəni deyil, sülh içində birgəyaşayışı, insanlara, sadəcə yaşamaq deyil, birlikdə həyat qurmaq imkanı verən şəhərləri seçməliyik.

Mən WUF13-ə məhz bu düşüncə ilə gəlirəm. Düşünürəm ki, Bakı da özünün ən yaxşı ifadəsində məhz bu yanaşmanı təmsil edir.

Müxbir – Ceyhun Xəlilov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO