BEYNƏLXALQ TELEKOMMUNİKASİYA VƏ İNFORMASİYA CƏMİYYƏTİ GÜNÜ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Hyatt Regency” mehmanxanasında 17 may- Beynəlxalq Telekommunikasiya və İnformasiya Cəmiyyəti günü münasibətilə tədbir keçirmişdir. Tədbirdə beynəlxalq qurumların, dövlət sektorunun, qeyri-hökumət təşkilatlarının nümayəndələri, informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən özəl şirkətlərin rəhbərləri iştirak etmişlər.
Ölkədə son illər informasiya-kommunikasiya texnologiyalarının dinamik inkişafının nəticələri barədə məlumat verən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirmişdir ki, bu gün Azərbaycanda İnformasiya Cəmiyyətinə keçidi təmin edəcək siyasət və fəaliyyət istiqamətləri ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə aparılır. Onun 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olmuşdur. Hazırda qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün müvafiq işlər aparılır.
Tədbirdə Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun müraciəti oxunmuş, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Turenin video-müraciəti nümayiş etdirilmişdir.
Mərasim iştirakçılarına 2005-2008-ci illəri əhatə edən “Elektron Azərbaycan” Dövlət proqramı üzrə görülmüş işlər haqqında film nümayiş etdirilmişdir. Bundan əlavə tədbir zamanı “Təhsildə qiymətləndirmə işinin avtomatlaşdırılmasının proqram təminatı”nın və “Onlayn ödəmə sistemi”nin təqdimatları keçirilmiş, Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırılmışdır. 1-ci yeri Qafqaz Universitetinin “Qafqaz Şahinləri”, 2-ci və 3-cü yerləri isə müvafiq olaraq Bakı Dövlət Universitetinin “İNF 14” və “ENG 1” komandaları tutmuşlar.
Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
Qeyd edək ki, 2006-cı ildə BMT Baş Assambleyası Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaradılması münasibətilə 17 may tarixini Beynəlxalq Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü elan etmişdir.
İnformasiya və kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə işini gücləndirməyi nəzərdə tutan Beynəlxalq Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusu əlil insanların informasiya-telekommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılmasıdır.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [19:09]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:43]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:40]
Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
- 08.06.2026 [18:33]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:30]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:29]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:28]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [18:26]
Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan
- 08.06.2026 [18:18]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:06]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [18:03]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [18:02]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:59]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:53]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [17:52]
Qızıl investisiya cəlbediciliyini qismən itirir
- 08.06.2026 [17:47]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:43]
Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb
- 08.06.2026 [17:42]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:35]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:33]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:31]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [17:30]
DİM-də hazırlıq kursları təşkil olunub
- 08.06.2026 [17:28]
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
- 08.06.2026 [17:25]
Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır
- 08.06.2026 [17:18]
“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [17:15]
Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir
- 08.06.2026 [17:13]
Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb
- 08.06.2026 [17:08]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [16:58]
® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb
- 08.06.2026 [16:55]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:50]
BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır
- 08.06.2026 [16:49]
ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb
- 08.06.2026 [16:43]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [16:41]
Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH
- 08.06.2026 [16:37]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:36]
AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub
- 08.06.2026 [16:23]
Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib
- 08.06.2026 [16:16]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:14]
BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub
- 08.06.2026 [16:13]

