Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bilik Günü ərəfəsində Daşkəsəndə yeni məktəb və məktəbəqədər tərbiyə müəssisələri istifadəyə verilmişdir

Daşkəsən, 12 sentyabr (AZƏRTAC). Sentyabrın 12-də Daşkəsəndə əsl bilik bayramı əhval-ruhiyyəsi yaşanmışdır. Həmin gün rayonun pedaqoji kollektivləri, məktəblilər sevinc içərisində idilər. Rayon rəhbərliyi və qonaqlar bu sevincə qoşularaq Azərbaycan təhsilinin təntənəsinin şahidi olurdular. Həmin gün rayonda inşa edilmiş və əsaslı təmir olunmuş bir neçə yeni məktəb binasının, uşaq bağçasının açılış mərasimi olmuşdur.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Bayan kəndində inşası yenicə başa çatdırılmış orta məktəb binasının istifadəyə verilməsinə həsr edilmiş mərasim keçirilmişdir.

Mərasimdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bilik bayramı münasibətilə bütün rayon sakinlərini təbrik etmiş, digər sahələrdə olduğu kimi, təhsildə də qazanılmış uğurları diqqətə çatdırmışdır. Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycanda təhsilin inkişafı naminə həyata keçirdikləri tədbirlərdən söhbət açan natiq bildirmişdir ki, bütün bunların nəticəsində respublikanın hər yerində olduğu kimi, Daşkəsəndə də tədrisin keyfiyyəti ildən-ilə yüksəlmiş, onun maddi-texniki bazası daha da zənginləşmişdir. Məhz bu inkişafın nəticəsidir ki, son bir neçə ildə qazandıqları uğurlara görə rayonda 6 nəfər “Əməkdar müəllim” adına, 5 nəfər isə “Tərəqqi” medalına layiq görülmüşdür.

Diqqətə çatdırılmışdır ki, hazırda rayonda yeni məktəb binalarının inşası istiqamətində işlər sürətlə davam etdirilir. Bayan kəndində və Daşkəsən qəsəbəsində orta məktəb binalarının tikintisi başa çatdırılmış, Muşavaq, Əmirvar, Quşçu, Əmirvar-Əhmədli, Mollahəsənli kəndlərində yeni məktəb binalarının tikintisinə başlanılmışdır.

Bütün bunları ölkədə yaranan sabitliyin və sürətli inkişafın nəticəsi kimi qiymətləndirən mərasim iştirakçıları Azərbaycan Prezidentinə daşkəsənlilər adından minnətdarlıqlarını bildirmişlər.

Sonra rəmzi lent kəsilmiş, iştirakçılar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olmuşlar. Ümumilikdə 80 şagird yerlik məktəb binasında mövcud olan 2 fənn laboratoriyası, kitabxana, kompyuter otağı, idman zalı hamıda xoş təsir oyatmışdır.

Növbəti açılış mərasimi Daşkəsən qəsəbəsində keçirilmişdir. Burada da Təhsil Nazirliyinin vəsaiti ilə 80 şagird yerlik orta məktəb binası ən müasir tələblərə uyğun inşa edilərək istifadəyə verilmişdir. Məktəbdə tədrisin keyfiyyətini yüksəltmək üçün bütün şərait yaradılmışdır.

Çıxış edənlər bildirmişlər ki, uzun illər qəzalı vəziyyətdə olan köhnə məktəb binası valideynləri çox narahat edirdi. Nəhayət, dövlət qayğısı ilə qəsəbədə gözəl və yaraşıqlı məktəb binası inşa edilmişdir. Qəsəbənin sakinləri bütün bunlara görə dövlətimizin başçısı İlham Əliyevə və təhsilimizin inkişafı üçün əlindən gələni əsirgəməyən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Həmin gün rayon mərkəzində Anar Mürsəlov adına 2 nömrəli orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev, Təhsil Nazirliyinin nümayəndəsi Elxan Bəylərov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Meydanəli Yolçuyev, məktəbin direktoru Aybəniz Vəliyeva və başqaları çıxış edərək eyni vaxtda 460 şagirdin təhsil alması üçün nəzərdə tutulmuş bu məktəbin təmirində əməyi olanlara minnətdarlıqlarını bildirmişlər.

Sonra mərasim iştirakçıları məktəbdə aparılan təmir işlərinin keyfiyyəti ilə maraqlanmışlar. Burada tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərindən bəhs edən stendə baxmışlar.

Həmin gün yaddaqalan hadisələrdən biri də rayondakı 2 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışı olmuşdur. Rayon icra hakimiyyətinin dəstəyi ilə əsaslı şəkildə təmir edilmiş bağçada müasir standartlara cavab verən hər cür şərait yaradılmışdır. Uşaqlar mərasim iştirakçılarını salamladıqdan sonra Azərbaycanın dövlət himnini oxumuş, şeirlər söyləmiş, rayon icra hakimiyyətinin rəhbərləri ilə xatirə şəkli çəkdirmişlər.

Bütün gün davam edən “Bilik” bayramı daşkəsənlilərə unudulmaz anlar yaratmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Musiqi kimliyimiz” layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq

Bədəndə iki fərqli bioloji saatın sinxronlaşdırılması qocalmanın qarşısını ala bilər

Mariya Stadnik: Hisslərim izaholunmazdır

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-a qarşı əməliyyata başlayıb

Goranboyda yol-nəqliyyat qəzası baş verib, ölən var

Yuğ Teatrında “21:15 qatarı” adlı tamaşanın premyerası olub

Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal əldə ediblər

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib, Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Basketbol Liqası: Finalçılar bəlli olub

“Yüksəliş” iştirakçılarının nəzərinə: “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirildi

Türkiyənin məşhur “Anadolu Atəşi”nin Cıdır düzündə atəşin rəqsi

Muxtar Babayev: Azərbaycan COP29-dan ən yaxşı nəticələri əldə edəcəyinə inanır

Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib

“101 İl - Könüldən Vətənə” adlı tədbir keçirilib

® Britaniyalı siyasətçi Patrisia Skotland Azərbaycanı ziyarət edib

Lənkəranda növbəti yeraltı təkanlar qeydə alınıb YENİLƏNİB

Neftçalada 200-dən çox sərv ağacı əkilib

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Zığ şosesində təmir işləri ilə əlaqədar sürət həddi endirilib

“Xarıbülbül”ün sorağı dünyaya yayılır

Lənkəranda zəlzələ nəticəsində dağıntı və ya xəsarət qeydə alınmayıb

Azərbaycan parataekvondoçusu Avropa çempionu olub

Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül”

İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi

Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb -YENİLƏNİB -2 VİDEO

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana gətirilib

Altun: Türkiyə-Yunanıstan olaraq münasibətlərimizi başqaları ilə deyil, bir-birimizlə müzakirə etməliyik

Qəbələdə Nohur gölündə suyun səviyyəsinin endirilməsi ilə əlaqədar tədbirlər görülür

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Xalqımız Ulu Öndər Heydər Əliyevi qəlbində əbədi yaşadır

İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib

İtaliyada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir

Azərbaycan güləşçisi: “Paris-2024” Yay Olimpiya Oyunlarında iki əsas rəqibim var

"Paris-2024"ə lisenziya qazanan güləşçi: Çıxışım parlaq olmasa da, yaddaqalan idi

Azərbaycan ağırlıqqaldıranı: Film sayəsində uşaqlıqda yaşadığım hər anı yenidən xatırladım

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə medal qazana bilməyiblər

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi kiçik dövlətlərin səslərinin eşidilməsi üçün imkanlar yaradıb

Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Türkiyə yeni nəsil konteyner vaqonlarının istehsalına başlayıb

“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər

İsveç polisi “Eurovision” mahnı müsabiqəsində baş verən insidentdən sonra qanunsuz təhdidləri araşdırır

Şirvanda “Azərbaycanın memarı” filmi nümayiş olunub

Ümummilli Liderin 101 illiyi münasibətilə Praqada tədbir təşkil olunub

Kazanda “BİRLİK: Xatırlayır, miras alır və qürur duyuruq!” layihəsi çərçivəsində tədbir olub

Komi Respublikasında yataqxana binasının bir hissəsi çöküb

Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-4 VİDEO

Avropa çempionuna həsr edilmiş filmin təqdimatı olub

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Səidə Ömər: Azərbaycan xalqını tanımaq istəyən onun mədəniyyət nümunələri ilə yaxından tanış olmalıdır

Elbay Qasımzadə: Azərbaycan yeganə ölkədir ki, tarixi abidələrin bərpasını yalnız dövlət həyata keçirir – MÜSAHİBƏ

Gələcəyin enerjisi hidrogen, Azərbaycanın yaşıl gələcəyində bu istiqamətdə atılan addımlar - TƏHLİL

“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək

Joze Mourinyo “Fənərbağça”nın yeni baş məşqçisi ola bilər

“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini ötüb

Dehlidə qasırğa nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb

Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir VİDEO

DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir

Salim bin Məhəmməd əl-Malik: Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir VİDEO

ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil VİDEO

Prezident: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq

Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb

Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir VİDEO

Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir

Prezident: Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir VİDEO

Prezident İlham Əliyev: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir VİDEO

BMY Baş Assambleyası Fələstinin təşkilatda hüquqlarının genişləndirilməsinə səs verib

Azərbaycan İstanbulda keçiriləcək Dünya İslam alimlərinin məşvərət toplantısında təmsil olunacaq

Astronomlar ilk dəfə öz atmosferi olan qayalı planet kəşf ediblər

Atırau Dövlət Universitetində Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar tədbir keçirilib

Almatıda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında danışıqlar aparılıb

Qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə vergi daxilolmaları proqnozu üstələyib

Probasiya nəzarətində olan 33 nəfərə sosial-psixoloji yardım xidməti göstəriləcək

İlon Mask güclü geomaqnit qasırğasının “Starlink” peyklərinə təsirindən danışıb

Müdafiə naziri: Hərbi Hava Qüvvələrinin fəaliyyəti hər zaman yüksək qiymətləndirilib

Fransalı atıcı Bakıdakı Dünya Kubokunda yenə qızıl medalı əldən verib

Azərbaycan və Lesoto Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

CAR-da keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan dövlətçiliyinin bərpasında tarixi rolundan və xalqımız qarşısında misilsiz xidmətlərindən danışılıb

Çinin Şansi əyalətinin nümayəndə heyəti AZƏRTAC-da olub VİDEO

Ermənistan polisi İrəvanda etiraz aksiyasının 41 iştirakçısını saxlayıb

Jan Perrən: Heydər Əliyev böyük şəxsiyyət, güclü siyasi xadim idi VİDEO

Ulu Öndərin ildönümünə həsr olunan minifutbol turniri başa çatıb

Tanınmış futbolçuların komandası 21 ildən sonra A Seriyasına yüksəlib

Azərbaycanın Orta Dəhlizin Qafqazdakı, Bolqarıstanın isə Avropadakı logistika mərkəzinə çevrilməsi artıq reallıqdır - ŞƏRH

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

AHİK sədri: Şuşa sakinlərini öz evlərində görmək çox qürurvericidir

Almaniyada Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə gənclər konfransı keçirilib

Estoniya mediası: Heydər Əliyev Azərbaycanın müasir tarixinin rəmzidir

“Sabah”ın baş məşqçisi: Yerli basketbolçularımızın diskvalifikasiyası bizə problem yaradacaq

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 267 nəfərə yüksəlib

Muxtar Babayev İslamabadda Azərbaycan parkını ziyarət edib

Bu gün tanınmış rəssam Eldar Zeynalovun xatirə günüdür

“Sakartvelo Respublika” qəzeti Gürcüstan və Azərbaycan xalqlarının nümunəvi dostluğunda Heydər Əliyevin rolundan yazıb

Özbəkistan ali məktəblərində Ulu Öndərə həsr olunan mühazirələr oxunub

Qazaxıstanda daşqından zərər çəkən 20,6 min ailə birdəfəlik müavinət alıb

Bakıdakı Rus evində Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə konsert keçirilib

Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub