BİRİNCİ RÜBDƏ AZƏRBAYCANIN ƏSAS KAPİTALINA 1,4 MİLYARD MANAT SƏRMAYƏ YÖNƏLDİLMİŞDİR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, birinci rübdə bütün maliyyə mənbələrindən əsas kapitala 1,4 milyard manat investisiya yönəldilmişdir. Vəsaitin 59,7 faizini (840,9 milyon manat) daxili sərmayələr təşkil etmişdir. Bu sahədə 49,4 faiz artım qeydə alınmışdır. Xarici mənbələrdən ayrılmış investisiyaların həcmi 5 faiz azalmışdır. Əsas kapitala yönəldilmiş sərmayələrin 85,2 faizi istehsal obyektlərinin inşası üçün istifadə olunmuşdur. Qeyri-neft sektorunda inşaat işlərinə yönəldilmiş sərmayənin həcmi əvvəlki ilin səviyyəsini 74,4 faiz üstələmişdir.
Əsas kapitala yönəldilmiş sərmayənin 56,4 faizini müəssisə və təşkilatların vəsaitləri, 34,1 faizini büdcə vəsaitləri, 2,5 faizini əhalinin xüsusi vəsaiti, 1,8 faizini bank kreditləri və 5,2 faizini digər vəsaitlər təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]