Birinci rübdə sığorta şirkətləri 201,2 milyon manat sığorta haqqı toplayıblar
Bakı, 7 may, AZƏRTAC
Yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 201,2 milyon manat məbləğində sığorta haqqı toplanıb, 46,2 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından AZƏRTAC-a bildirilib ki, ötən ilin ilk 3 ayı ilə müqayisədə cari ilin ilk 3 ayında sığorta haqları 4.2 faiz (8.1 milyon manat) artıb. Könüllü sığorta bazarı üzrə haqlar 130 milyon manat, ödənişlər isə 29,9 milyon manat, icbari sığorta bazarı üzrə haqlar 71,2 milyon manat, ödənişlər isə 16,3 milyon manat olub.
Hesabat dövründə sektor üzrə məcmu sığorta haqlarının 64,6 faizi könüllü, 35,4 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 64,7 faizi könüllü, 35,3 faizi icbari sığorta növləri hesabına formalaşıb.
Könüllü sığorta haqlarında artım ötən ilin yanvar-mart ayları ilə müqayisədə bu ilin eyni aylarında tibbi sığorta 19,5 faiz (9,3 milyon manat), icbari sığorta haqlarında isə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta 54,9 faiz (4,6 milyon manat) artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]