SİYASƏT
BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏN HUMANİTAR YARDIM
Birləşmiş Ərəb Əmirliklərinin Dar Əl-Bir xeyriyyə cəmiyyəti Azərbaycana qış paltarları, məktəb və tibb ləvazimatından ibarət olan humanitar yardım göndərmişdir. Respublikamızın bu ölkədəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, humanitar yardımın çadır düşərgələrində paylanması üçün xeyriyyə cəmiyyəti baş direktorunun müavini Məhəmməd Əhməd Al Həmadinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlmişdir.
Dar Əl-Bir xeyriyyə cəmiyyəti fəaliyyətini bilavasitə ölkənin Prezidenti seyx Zayid bin Sultan Al Nəhyyanın və müdafiə naziri, Dubay Əmirliyinin vəliəhdi şeyx Məhəmməd bin Rəşid Al Məktumun təlimatları əsasında həyata keçirir.
Azərbaycan Respublikasının BƏƏ-dəki səfirliyi fəaliyyətə başladığı bir il ərzində ölkənin xeyriyyə cəmiyyətlərinə Azərbaycandakı qacqın və məcburi köçkünlərin vəziyyəti və ehtiyacları barədə müvafiq məlumatlar vermişdir.