Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevdən
Cənab Prezident,
Doğum gününüz münasibətilə Sizi Ukraynada yaşayan həmvətənlərimiz adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Siz ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirir, diaspor quruculuğuna böyük töhfələr verirsiniz. Bütün bunlar Ukraynada yaşayan azərbaycanlıların qürur hissini artırır, diasporumuzun fəaliyyətinə güclü təkan verir.
Cənab Prezident, Sizi Ukraynadakı azərbaycanlılar adından doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edir, tarixi vətənimiz Azərbaycanın daha da güclənməsi üçün gördüyünüz işlərdə uğurlar diləyirəm.
Hörmətlə,
Rövşən Tağıyev
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri